Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Babək Azəri hüquqçu Sovet İttifaqı dağılmamışdan əvvəl, dünyaya soyuq savaş hakim idi. Yəni, bəzi ideologiyaların arasında barışmaz təzad var idi. Sovet İttifaqı dağılandan sonra Avropada, o cümlədən, Avropanın şərqində yerləşən ölkələr də soyuq savaşın təsirindən azadlığa çıxıb və ümumi halda onların siyasi görüşlərinə elmi təfəkkür hakim oldu. Bu gün özümüz də şahidik ki, elmi metodlar hətta siyasi ideologiyaların üzərində həddən artıq təsir buraxıb. Elə bu elmi görüş bais olur ki, siyasətdə ideologiyaların arasında fərqlər getdikcə azalır. Misal üçün, mən yaşadığım İsveç ölkəsində mövcud olan sosial demokratlar partiyası sol təfəkkürlü bir partiyadır. Əgər onu sağ təfəkkürlü moderat partiyası ilə müqayisə etsək, görərik ki, son illərdə onlar arasında olan fərqlər çox azalıb. Buna da əsas səbəb, bu iki partiyanın elmi metodlardan faydalanması olub. Amma çox təəssüf ki, üçüncü dünya, o cümlədən, İran kimi ölkə özün soyuq savaşın mənfi təsirindən çıxara bilmir. Hələ də İranda ideologiyalar elmi metodlar yerinə, ənənədən, irqçılıqdan, dindən, o ictimaiyyətə hakim olan mədəni normalardan faydalanırlar və ideologiyaların arasında hələ də soyuq savaş əhval - ruhiyyəsi hakimdir. Misal üçün, İranın kommunist təfəkkürlü Tudə Partiyası və Xalq Fədailərinin "Əksəriyyət" adlanan hissəsi, liberal qüvvələri " xain, sazişkar, imperializmin amili" adlandırırdılar. Bu təşkilatlarda fəaliyyət göstərənlər hələ də onun zəhərli təbliğatından özlərini azad edə bilməyiblər. Elə onlardan da birisi bizim Azərbaycanlı yurddaşımız Siruz Mədədidir. Siruz bəy vaxtı ilə Xalq Fədailərinin "Əksəriyyət" hissəsi ilə əməkdaşlıq edib və hal - hazırda da keçmiş kommunistlərin düşüncəsi ilə Azərbaycanın milli hərəkatına baxır. O, 21 Azər Hərəkatının ildönümü ilə bağlı Almaniyanın Köln şəhərində çıxış edib və sonra həmin çıxışın fars və türk dillərində yazılı formada çox geniş şəkildə yaymışdı. Bu çıxışın bu qədər geniş şəkildə yayılmasına səbəb ondan ibarətdir ki, bu yazıda Azərbaycanın milli fəallarına və Məmməd Əmin Rəsulzadəyə, Əbülfəz Elçibəyə yersiz ittihamlar vurulmuşdur. Bu yazı şahçıların, hizbullahçıların, kommunistlərin və bəzi ifratçı kürd təşkilatlarının mövqeyi ilə üst - üstə düşdüyü üçün onu yaymağa maraqlı olmuşdurlar. O, bu yazısında heç bir sənədə, fakta, elmi metoda əsaslanmadan, bir sıra əsassız ittihamlar vurur. Mənim fikrimcə, belə bir yazıya vaxt qoyub cavab verməyə dəyməz. Elə yetər ki, deyək: "Sən dediyim biz deyilik, sən özünsən!" Amma mən bu yazı ilə bağlı bir məsələni aydınlaşdırmaq istəyirəm. Siruz Mədədi "21 Azər və bu gün" adlı yazısında M.Ə.Rəsulzadə ilə bağlı belə deyir: "M.Ə. Rəsulzadənin biyoqrafiyasını yazaraq, şəyyadlıqla 1937-dən 1946-ci illəri məskut qoyub, Rəsulzadə həyatının o illərini gizlədən cənablar yaxşı bilirlər ki, o illərdə Rəsulzadə təkcə bizim nehzətə tərəfdar olmamış, bəlkə Alman faşismi ilə , sonralar isə Amerika və İngilis imeriyalistləri ilə əl-ələ verib bizə və Şimali Azərbaycana qarşı gərgin fəaliyyət aparmışdır. Bu gizlədilmiş qara pərvəndələrin üzərində ətraflı danışmağa bizim bu gün vaxtımız imkan verməz." Mən fikir edirəm, M.Ə, Rəsulzadənin Almaniyaya səfəri ilə bağlı elmi izahatlar lazımdır ki, şaiyələrin və sui - istifadələrin qabağı alına. Bununla bağlı aşağıdakı faktları nəzərə almalıyıq: Zaman şərtləri Hal - hazırda indi bizlər üçün çox rahatdır Hitler və nazistlər haqqında məlumat alaq. Çünki onlar məğlub olub və onların cinayəti ilə bağlı konkret səndələr üzə çıxıb.Amma Hitler iş üstünə gələndə zaman şərtləri fərq edirdi, eyni zamanda Hitler və nazistlər haqqında məlumat əldə etmək çətin idi. Siruz Mədədi öz yazısında zaman şərtlərin nəzərə almır, ancaq bir ucuz ittihamı iddia edir. Əgər bu metodu onun özünə tətbiq etsək, onda onun özün də İranın islam hakimiyyəti ilə əməkdaş olduğunu iddia etmək olar. Çünki onun üzv olduğu təşkilat, yəni İranın Xalq Fədailərinin "Əksəriyyət" hissəsi İranın islam hakimiyyəti iş üstünə gələndə onları fəal şəkildə dəstəkləyirdi. Hətta, onların məşhur bir şüarı da var idi ki, İran İslam İnqilabın müdafiə etmək üçün deyirdilər: "Pastarları ağır silaha müsəlləh edin!" Onlar da özlərin müdafiə edən də zaman şərtlərinə istinad edirlər və İran islam hakimiyyətinin mahiyyətin düzgün düşünmədiklərini etiraf edirlər. Nə üçün Rəsulzadə Almaniyaya səfər etmişdir? O zaman əlaqə texnikası bu günkü kimi inkişaf etməmişdir. Uzaqda oturub, Almaniyayın siyasi vəziyyəti ilə bağlı düzgün məlumat almaq mümkün deyildi. Şahidlərin verdiyi məlumata görə, M.Ə.Rəsulzadənin Almaniyaya səfərinin əsas məqsədi Almaniyanın gerçəkliklərini öyrənib, aydınlaşdırmaq idi. Bundan da məqsəd dünyada gedən siyasi təzadlardan Azərbaycan naminə bəhrələnmək idi. Bunlardan da əlavə, bu səfərlə bağlı bir humanisti səbəb də var. Beləki, ikinci dünya müharibəsi dövründə Şimali Azərbaycanlılar Sovet əsgəri kimi almanlara əsir düşüb, çox ağır durumdaydılar. Rəsulzadə həmin dövrdə tanınmış siyasi şəxsiyyət kimi onlarla görüşüb və çalışıbdı ki, Almaniya hökümət orqanların qane etsin, bu əsgərlərin müharibədə tərəfsiz mövqeyləri var və məcburiyyət qarşısında sovet ordusunda döyüşüblər. Almanlar Rəsulzadəyə şübhə ilə baxırdılar M.Ə.Rəsulzadənin 23 aylıq höküməti dövründə Azərbaycan Demokratik Respublikası dünyanın bir çox ölkələri, o cümlədən Fransa, İngiltərə tərəfindən rəsmi tanınmışdı. Rəsulzadə Sovet İttifaqın tərk edəndən sonra, öz siyasi fəaliyyətini davam etdirib, xüsusən, ABŞ, Fransa və İngiltərənin informasiya vasitələrindən faydalanırdı. Elə bu səbəblərə görə də, Almaniyada M.Ə.Rəsulzadəyə şübhə ilə baxırdılar. Bəziləri axmaqcasına iddia edirlər ki, guya Rəsulzadə Hitlerlə görüşüb. Qeyd edək ki, o zaman ağ - qara filimlə yanaşı, rəngli film də çəkmək mümükn idi və Hitlerin xarici siyasi şəxsiyyətlərlə əksər görüşləri çəkilib, filmləşdirilib və bu barədə protokol yazılıb. Görüşün səbəbi, hansı çərçivədə aparıldığı, hansı sahədə əməkdaşlıq edildiyi də qeyd olunub. M.Ə.Rəsulzadənin Almaniya səfəri ilə bağlı onun hökümət orqanları ilə olan görüşü barəsində konkret məlumat, film, yazılı mətn, səs formasında heç bir sənəd Alman höküməti tərəfindən qeyd olunmayıb. Bunun səbəbin başa düşmək çox rahatdır. Çünki Rəsulzadə sürgündə yaşadığı üçün siyasi, iqtisadi və hərbi gücə malik deyildi. Sözsüz ki, iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, həqbi çərçivədə məna tapa bilər. Nəhayət, burdan belə nəticə almaq olar ki, M.Ə. Rəsulzadənin Almaniyaya səfəri bir uğursuz diplomatik cəhddir, amma bu səfərin müsbət tərəfi odur ki, o, Hitler və nazismin barəsində gerçəkləri öyrənib, Berlini tərk edəndən sonra şahidlərin verdiyi məlumata görə, o, Hitlerlə Stalini bir sikkənin iki üzü adlandırmışdı. Müharibə cinayətkarları 1942 - ci il qışın əvvəlində müttəfiqlərin tərəfindən elan olundu ki, hərbi cinayətkarlar qanun əsasında cəzalanacaqlar. 1943 - cü ilin oktyabrında Sovet İttifaqı, ABŞ və İngiltərə tərəfindən bir bəyannamə imzalanmışdır. Sənəddə bildirilirdi: " Hərbi cinayətkarlar, o ölkədə ki, cinayət törədiblər, onlar həmin ölkəyə göndərilib, qanun əsasında mühakimə olunacaqlar. Amma o cinayətkarların ki, törətdiyi cinayət, yalnız bir coğrafi məkana aid olmayıb, daha geniş maştabı əhatə edirsə, onlara qarşı beynəlxalq məhkəmə vasitəsi ilə cəza təyin olunacaq." İkinci dünya müharibəsində müttəfiqlər qələbə çalandan sonra, hüquqşünaslar, xüsusən, müxtəlif millətlərdən olan prokurorlar konkret sənədlər əsasında bir siyahı tərtib etmişdirlər. Bu siyahıda, o adamlar ki, xüsusən, Almaniya ilə əməkdaşlıq edib cinayət törətmişdirlər, onların adı və törətdiyi cinayətlər əks olunmuşdu. Bu məlumatı qeyd etməkdə məqsədim odur ki, fars şovinistləri və onların "bizim millətdən" olan nökərləri bilsinlər ki, orda heç bir Azərbaycanlının, o cümlədən Azərbaycan Milli Demokratik Hökümətin banisi Məməd Əmin Rəsulzadənin adı yoxdur. Rəsulzadə məfkurə baxımından nazismə va faşismə qarşı sayılır Adolf Hitler Almaniyada iqtidarda olanda, Almaniya İtaliya ilə müxtəlif sahələrdə iş birliyi aparırdı. O zaman İtaliyada faşizm ideologiyası hakim idi və Almaniyada hakim olan nazisim ideologiyası ilə çox üsulları müştərək idi. Belə ki, nazismi bir növ faşizim, ya əksinə faşizmi bir növ nazisim sayırlar. Üçüncü dünya, o cümlədən İranda Rza şah irqçı olduğu və faşist təfəkkürünə görə, Almaniyaya və şəxsən Hitlerə simpatiya nişan verirdi. Bu misalla aydındır ki, o zaman Almaniya ilə əməkdaşlığın bir ideoloji qaynağı vardı. Amma bildiyiniz kimi, M.Ə.Rəsulzadə ancaq sözdə yox, əslində əməldə nişan vermişdi ki, bir liberal düşüncəli siyasətçidir. O, 23 ay müstəqil Azərbaycanda dövlət başqanı olan zaman Azərbaycan parlament demokratiyası əsasında idarə olunmuşdu. Yenə də, bildiyiniz kimi, nazisim və liberalizm ideologiyaları odla su kimi bir - birindən fərqlənirlər. Rəsulzadənin nazislərlə əməkdaşlıq etmək üçün əslində ideoloji düşüncəsi üst - üstə düşmürdü. Bu hesabla təccüb yeri yoxdur ki, o, Berlini tərk edəndən sonra, yuxarıda dediyim kimi, Hitlerlə Stalini bir sikkənin iki üzü adlandırmışdı. Bunlardan da əlavə, Rəsulzadə Sovet İttifaqın tərk edəndən sonra, onun fəaliyyətinin əsas istiqaməti bundan ibarət idi ki, beynəlxalq şərtlərdən faydalanıb, Azərbaycanın azadlığı üçün maddı zəmin yarada. Almaniya əməldə nişan verdi ki, başqa millətlərin azadlığına inamı yoxdur və onlar işğal etdikləri yerdə dəhşətli cinayətlər törədirdilər. Bu faktı nəzərə alaraq, belə nəticə əldə edirik ki, M.Ə.Rəsulzadənin Almaniya ilə əməkdaşlıq etməyə siyasi motivi yox idi. Mənim bu yazını yazmaqda məqsədim o deyil ki, Siruz Mədədinin yazısına cavab verəm. Çünki onun yazısı bir ziyalı yazısı sayılmır və belə olan halda, o heç müzakirə mövzusu da ola bilməz. Hətta, o, öz yazısında yuxarıda qeyd etdiyim kimi, iddia edir ki, faşizim məğlub olandan sonra, Şimali Azərbaycana qarşı Rəsulzadə imperialist ölkələri ilə əməkdaşlıq aparıb. O, bu iddia ilə açıq - aydın göstərir ki, o, hələ də dünyanı soyuq savaş olduğu dövr kimi görür. Yəni, dünyada iki ordu -- sosializm və imperalizm ordusu bir - biri ilə üz - üzə dururlar və Siruz Mədədi sosializm ordusunun əsgəri kimi meydana girib, imperalistlərə və onun amillərinə dişlərin ağardır. Çox təssüf ki, bu vasitə ilə fars şovinizminin antitürk təbliğatın qidalandırır. Mən fikir edirəm, M.Ə.Rəsulzadənin Almaniyaya səfəri ilə bağlı sənəd, fakt çox azdır və mən bu yazı ilə çalışdım bu mövzuya bir balaca olsa da, aydınlıq gətirəm. Son sözüm budur: M.Ə.Rəsulzadə Azərbaycan sevdası ilə yaşayırdı. Onun danışığında və əməlində Azərbaycanın qurtuluşu üçün qətiyyət, ümid və hədsiz enerji olduğunun şahidiyik. O, öləndə üç dəfə Azərbaycan deyib, həyatın dəyişmişdi. azadtribun
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu