SON XƏBƏRLƏR

Azərbaycan silahı beynəlxalq arenada

2021.10.20, 07:36
Azərbaycan silahı beynəlxalq arenada

Gunaz.tv
Azərbaycan silahı beynəlxalq arenada Türkiyə ordusu "İstiqlal" snayper tüfənginə maraq göstərir Bir sıra ölkələr, o cümlədən Türkiyə Silahlı Qüvvələri (SQ) Azərbaycan istehsalı olan "İstiqlal" snayper tüfənginə maraq göstərir. APA-ya Azərbaycan hökumətindəki mənbələrdən verilən məlumata görə, ötən ilin noyabrında Karaçidə (Pakistan) keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən "İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub. Dekabrda isə "İstiqlal" snayperi ilə bağlı məlumatlar Türkiyə SQ-yə təqdim olunub. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malik olan tüfəng Türkiyə tərəfindən maraqla qarşılanıb. Türkiyə SQ-nin 2009-cu ildə silahların satın alınması ilə bağlı keçirəcəyi tenderə "İstiqlal" snayperinin də təklif olunacağı gözlənilir. "İstiqlal" cari ilin aprel ayında İstanbulda keçiriləcək "İDEF-2009" beynəlxalq hərbi sənaye sərgisinə də çıxarılacaq. "İstiqlal" snayper tüfəngi yerli mütəxəssislər tərəfindən hazırlanıb. 14,5 mm çaplı güllələrlə 2400 metr məsafədə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar