SON XƏBƏRLƏR

Fəzail İbrahimli: İran inqilabından mədəni azadlıqlar gözləmək əbəsdir

2021.10.20, 07:36
Fəzail İbrahimli: İran inqilabından mədəni azadlıqlar gözləmək əbəsdir

Gunaz.tv
Fəzail İbrahimli: İran inqilabından mədəni azadlıqlar gözləmək əbəsdir fezail_ibrahimli.jpg Tarix elmləri doktoru Fəzail İbrahimli “Amerikanın səsi” radiosuna müsahibəsində İran İslam İnqilabının bu ölkədə yaşayan xalqların milli mədəniyyətinin inkişafında mühüm rol oynamadığını bildirib. Onun sözlərinə görə, inqilabdan 30 il keçməsinə baxmayaraq ölkədə yaşayan xalqların milli mədəniyyətinin müdafiəsi baxımından şah dövründən irəli gedilməyib. Cənab İbrahimli hesab edir ki,inqilab İranda sistemi dəyişməyib, yalnız üsul idarə dəyişib. “İstehsal, istehsal münasibətləri şah dövründə olduğu kimi qalır. Yalnız monarxiya üsul idarəsi, respublikaya çevrilib” – deyə o qeyd edib. Tarixçinin fikrincə, İranda yaşayan azərbaycanlıların İran inqilabının nəticələrində mədəni azadlıq gözləməsi dəəbəsdir. “Çünki bu inqilabın məqsədi xalqlara azadlıq vermək deyil. Bu nə Səttarxan hərəkatı, nə də Peşəvəri hərəkatı deyil”-deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar