SON XƏBƏRLƏR

ABŞ-IN ÇEXİYA VƏ POLŞADA RAKETDƏN MÜDAFİƏ SİSTEMLƏRİ QURAŞDIRMAQ PLANLARI İRAN KİMİ TƏHLÜKƏLİ ÖLKƏLƏRDƏN MÜDAFİƏ XARAKTERİ DAŞIYIR

2021.10.20, 07:36
ABŞ-IN ÇEXİYA VƏ POLŞADA RAKETDƏN MÜDAFİƏ SİSTEMLƏRİ QURAŞDIRMAQ PLANLARI İRAN KİMİ TƏHLÜKƏLİ ÖLKƏLƏRDƏN MÜDAFİƏ XARAKTERİ DAŞIYIR

Gunaz.tv
ABŞ-IN ÇEXİYA VƏ POLŞADA RAKETDƏN MÜDAFİƏ SİSTEMLƏRİ QURAŞDIRMAQ PLANLARI İRAN KİMİ TƏHLÜKƏLİ ÖLKƏLƏRDƏN MÜDAFİƏ XARAKTERİ DAŞIYIR hilari_klinton.jpg Bu sözlərin müəllifi Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton bildirib ki, ölkəsinin şərqi Avropada raketdən müdafiə sistemlərinin yerləşdirməsi barədə son qərarı rəsmi Tehranın nüvə proqramına dair atacağı addımlarından asılı olacaq. Çexiyanın xarici işlər naziri Karel Şvarçsenberqlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Birləşmiş Ştatların dövlət katibi rəsmi Tehranın nüvə proqramından imtina etməsində ölkəsinin israrlı olduğunu və eləcə də Çexiya və Polşada yerləşdirməyi planlaşdırıldığı raketdən müdafiə sistemlərinin İran kimi təhlükəli ölkələrdən müdafiə xarakteri daşıdığını deyib.Rəsmi Praqanın ərazisndə radar sistmelərinin yerləşdirilməsinə icazə verdiyinə görə Çexiyanın xarici işlər nazirinə təşəkkürünü bildirən Hillari Klinton Çexiyanın bu qərarının bütün Avropanın təhlükəsizliyini təmin etdiyini bildirib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar