SON XƏBƏRLƏR

İranın "Səhər" kanalının Azərbaycanda yayımı dayandırılacaq

2021.10.20, 07:36
İranın "Səhər" kanalının Azərbaycanda yayımı dayandırılacaq

Gunaz.tv
İranın "Səhər" kanalının Azərbaycanda yayımı dayandırılacaq iranveermnistan.jpg Teleradio İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov jurnalistlərlə söhbətində bildirib: "Bizim İrana təsir etmək imkanımız mövcud deyil. Ümumiyyətlə, hansısa bir telekanalın yayımının dayandırılması ilə bağlı səlahiyyətimiz yoxdur. Biz yalnız Azərbaycanın özünün efir məkanının qorunması üçün texniki tədbirlər görürük. Bu yaxınlarda onun nəticəsini görəcəksiniz". Onun sözlərinə görə, görüləcək texniki tədbirlərdə Azərbaycanın efir məkanının qorunması əsas yerdə durur. Görüləcək işlərdən sonra kənar müdaxilələrin qarşısı alınacaq və yerli kanalların ölkə ərazisində yayımının keyfiyyəti yaxşılaşacaq: "Bu, asan iş deyil. Bizə bu ilin birinci rübünə kimi vaxt verilib. Həmin vaxtdan əvvəl işlərimizi görüb qurtarmağı planlaşdırırıq. Ondan sonra nəinki "Səhər", digər xarici kanalların da yayımı dayandırılacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar