SON XƏBƏRLƏR

Mixail Qrişankov: “Silah məsələsini Azərbaycanlı deputatlarla müzakirə edə bilərik”

2021.10.20, 07:36
Mixail Qrişankov: “Silah məsələsini Azərbaycanlı deputatlarla müzakirə edə bilərik”

Gunaz.tv
Mixail Qrişankov: “Silah məsələsini Azərbaycanlı deputatlarla müzakirə edə bilərik” 2009-02-11_10714.jpg “Bəzən yayılan ziddiyyətli informasiya Azərbaycanla Rusiya arasındakı çoxəsrlik mehriban münasibətləri poza bilməz”. Bunu Rusiya Dövlət Duması Təhlükəsizlik komitəsi sədrinin birinci müavini Mixail Qrişankov Rusiyanın Ermənistana təmənnasız olaraq 800 milyon dollarlıq silah verməsi barədə xəbərləri şərh edərkən bildirib. O deyib: “Mənim məlumatım yoxdur və bu barədə heç nə deyə bilmərəm, lakin hesab edirəm ki, bu, ikitərəfli münasibətlərimizə mənfi təsir göstərə bilməz, çünki mehriban münasibətlər üçün yetərincə möhkəm baza vardır. Bu məsələdə müəyyən, o cümlədən digər ölkələrin maraqları ilə bağlı siyasi məqamlar ola bilər”. M.Qrişankov Azərbaycan Milli Məclisinin bir qrup deputatının bu məsələni rusiyalı deputatlarla müzakirə etmək üçün Moskvaya gözlənilən səfəri ilə əlaqədar bildirib ki, o və həmkarları Milli Məclisin deputatları ilə məmnuniyyətlə görüşməyə və işləməyə hazırdırlar. Azərbaycan nümayəndə heyəti ilə Dövlət Dumasının MDB məsələləri üzrə komitəsi işləyəcək və əgər lazım gələrsə, Təhlükəsizlik Komitəsi də müzakirələrə qoşulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar