SON XƏBƏRLƏR

Ziyafət Əsgərov: «Rusiya üzərinə götürdüyü öhdəliyə əməl etmir»

2021.10.20, 07:36
Ziyafət Əsgərov: «Rusiya üzərinə götürdüyü öhdəliyə əməl etmir»

Gunaz.tv
Ziyafət Əsgərov: «Rusiya üzərinə götürdüyü öhdəliyə əməl etmir» 2009-02-11_10713.jpg Rusiyanın Ermənistana silah verməsi məsələsinin NATO Parlament Assambleyasında müzakirəyə çıxarılacağı istisna deyil. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun sözlərinə görə, parlamentdə bununla bağlı aparılan müzakirələr zamanı Azərbaycan parlamentinin deputatlarından ibarət nümayəndə heyətinin Rusiya Dövlət Dumasına göndərilməsi barədə qərar da verilib: «Rusiya öz üzərinə öhdəlik götürüb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca tərəflərdən heç birinə silah verməyəcək. Lakin bu öhdəliyə əməl olunmur. Hələ 1996-cı ildə Rusiya Ermənistana 1 milyard ABŞ dolları həcmində silah vermişdi. Ona görə də indi Ermənistana 800 milyon dollarlıq silah-sursatın ötürülməsi inandırıcı görünür. çünki belə bir təcrübə artıq mövcuddur». Ziyafət Əsgərovun sözlərinə görə, sözügedən problem rəsmi Bakını narahat edir. çünki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını öz üzərinə götürmək və eyni zamanda münaqişə tərəflərindən birini silahlandırmaq nə məntiqə, nə də beynəlxalq hüququn prinsiplərinə uyğundur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar