SON XƏBƏRLƏR

Bakıda Azərbaycan generalı qətlə yetirilib

2021.10.20, 07:36
Bakıda Azərbaycan generalı qətlə yetirilib

Gunaz.tv
Bakıda Azərbaycan generalı qətlə yetirilib 20071206175731_03bakusov203x152.gif Bakı Ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı general-leytenant Rail Rzayev bu gün səhər saat 8 radələrində öz evinin yaxınlığında güllələnib. Hərbi Hava Qüvvələri komandanı Rail Razyevin qətli rəsmən təsdiqlənib. Turana agentliyinin xəbər verdiyi kimi, Daxili İşlər Nazirliyinin mətbuat xidməti ölümcül yaralanmış generalın qospitala çatdırıldığını və orada vəfat etdiyini bildirib. Dəqiqləşdirilmiş məlumatlara görə, general evindən çıxıb maşına əyləşmək istəyərkən qatil ona baş nahiyəsindən atəş açıb. Qatilin atəşi hansı silahdan açması hələ məlum deyil. R.Rzayev hərbi qospitala çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidməti bu informasiyanı nə təsdiq, nə də təkzib edib. Hüquq-mühafizə orqanları hələlik hadisəni şərh etməyiblər R.Rzayev 1945-ci il martın 10-da Salyan rayonunda anadan olub. 1962-66-cı illərdə Orcienikidze adına (Vladiqafqaz) zenit-raket komanda məktəbində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycana göndərilib, hava hücumundan müdafiə qoşunlarında müxtəlif hərbi vəzifələrdə çalışıb. 1989-cu ildən 1992-ci ilə kimi HHM qüvvələrinin Bakı təmir bazasına rəhbərlik edib (2008-ci ildə bu baza ləğv olunub). 1992-ci ildən Azərbaycan Hərbi Qüvvələrinin Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı təyin edilib. 2004-cü ildə general-leytenant rütbəsi alıb.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar