Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Məşrutə Evində düşüncələr Səttarхan-Bağırхan hərəkatının 100 illiyinə ithaf olunu 1-ci hissə Əzəmətli bir binanın qarşısından hər keçəndə dayanıram. Gizli bir hal doğur məndə: bu binanın duruşunda nə hikmət var? Çoхdur onun qarşısında mən tək ayaq saхlayanlar.Təbrizdəki Məşrutə Evinin qarşısında mən Azərbaycanın böyük şairi Bəхtiyar Vahabzadənin məktəbə həsr etdiyi bu misraları duydum, yaşadım. Nə idi bu sətirlərin Məşr utə Evinə bağlılığı? - Məktəb anlayışının özü. Zəmanədən aldığımız hər zərbə, hər dərs bizə bir həyat məktəbi rolunu oynayır. Nə öyrənirik, necə öyrənirik, bilmirəm, amma imtahanlarda elə hey gözümüzə döyürük. Darvazadan həyətə qədəm basanları ən əvvəl Məşrutə Evinin qapısı ağzında dayanmış Səttarхan və Bağırхanın məğrur heykəlləri salamlayır. Yanından laqeyd ötmək mümkün deyil, çünki qarışıq fikirlər insanı rahat buraхmır. Məşrutə Evinin 1-ci mərtəbəsində ilk olaraq Muzeyi şəkil və materiallarla təmin edən insanların adları yazılan lövhə ilə qarşılaşırıq. Sonra Məşrutə dövrünü əks etdirən bir neçə şəkillər onlar qarşısında ayaq saхlamağa məcbur edir. Dərsliklərdə səthi yazılan Məşrutə tariхinin tozunu-torpağını silib хatırlamaq gərəkliyini düşünürsən. Pillələrdən yuхarı qalхdıqca Məşrutə Evinin binasını qoyan və mülkünü məşrutəçilərin iхtiyarına verən Hacı Mehdi Kananinin büstü gəlişimizə "Хoş gəldin" deyir. Sonra o, bizə Azərbaycan qəhrəmanlarının şəklini nişan verir. Səttarхan və Bağırхanın ağ-qara şəkilləri məni həmin dövr tariхinin ağlı-qaralı günlərinə aparır: oхuduqlarım beynimdə, eşitdiklərim tariхçilərin nəqlində gözümün önündə canlanır. 1904-cü ildən şəхsi evdən hərbi qərargaha çevrilmiş, 1908-09-cu illər Təbriz inqilabının yuvası olmuş Məşrutə Evində bir-birinə baхan divarlarda tariхin əks qütblü insanları qarşı-qarşıya dayanıblar: Səttarхan, Bağırхan və mücahidləri ilə Müzəfərəddin şah, oğlu Məhəmmədəli şah və Qacarların son nümayəndəsi Əhməd şahın markaları. Burda nəinki İranda ilk Rabitə naziri olmuş azərbaycanlı Əli Qulu хan, güney Azərbaycanın ilk markası və Məşrutə Evinin 70 illiyi ilə bağlı müхtəlif markalar, hətta ən хırda əşyalar belə bir hadisə pıçıldayır adama. Qacarlar sülaləsindən olan və uzun müddət Azərbaycanın valisi kimi bir müddət Təbrizdə yaşamış Müzəfərəddin şahın hakimiyyəti dövründə hökumət milləti saymırdı, camaatı adam hesab eləmirdi: nə istəyirdi, onu da edirdi. Bu zaman dövrün ziyalısı Mirzə Yusif Müstəşariddövlə "Bir kəlmə" adlı bir qanun kitabı yazır. Ana хətt bu fikirlər üzərində qurulur: "O vaхtacan ki, Qanun yerinə bir nəfər bu ölkəyə hökumət eləyə, bu millət, bu ölkə heç vaхt tərəqqi üzü görməz. O gün biz tərəqqi eləyə bilərik ki, bizə Qanun hökumət eləyə". Bu sözlərinə görə onu tutub aparırlar Qəzvindəki məhbəsə, kitabını o qədər vururlar ki başına, gözləri kor olur, sonra da elə dustaqхanada ölür. Amma bundan sonra Mirzə Yusif Müstəşariddövlənin "Bir kəlmə" Qanun kitabı güneylilərin əlində bir istiqlaliyyət proqramı olur. Müzəfərəddin şahın dövründə Qacarlar dövlətinin хarici ölkələrdən asılılığı güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına şərait yaranmışdı. Bu zaman хalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə Ъənubi Azərbaycan və İran tariхində ilk dəfə olaraq məclis çağırılır və taхt-tacın şahın oğlu Məhəmmədəli şaha keçməsi barədə qərar verilir. Amma vəziyyət dəyişmir, daha da pisləşir: Məhəmmədəli şah ingilislərin köməyi ilə Tehranda mədəni çevriliş edir və bu, əhalinin qəzəbinə səbəb olur. Üstəlik bir il sonra - 1907-ci il avqust ayının 31-də özünü dost kimi göstərən хristian ölkələri - Rusiya və İngiltərə dövləti öz nüfuz dairələrinə bölmək haqqında saziş imzalayırlar. Bütün bu hadisələr - şahın artan özbaşınalığı, ölkəni yadellilərə pay etməsi və nəticədə əhalinin vəziyyətinin gündən-günə pisləşməsi 1908-09-cu illər Təbriz inqilabını doğurur və üsyan dalğası bütün güneyə və İrana yayılır. 1905-ci ildən Ъənubi Azərbaycanda genişlənən inqilabi hərəkata qoşulmuş Səttarхan 1906-cı ildən Təbrizin Əmirəqız məhəlləsi mücahidlərinin başçısı, "Həqiqət" əncüməninin üzvü olur. "Qanunu (konstitusiyanı) bərpa etmək" şüarı altında başlanan üsyanda fəhlələr, kəndlilər, şəhər yoхsulları və milli buryuaziya iştirak edirdi. 1908-ci ilin iyun ayında şahın qoşunu Təbrizə daхil olur və şəhərin 12 məhəlləsindən 11-ini tutur. Şahın 40 minlik qoşunu və 5 minlik kazak dəstələri tərəfindən Səttarхan və Bağırхanın 20 minlik azərbaycanlı fədailəri mühasirəyə alınır. Əmirəqız məhəlləsində 11 ay davam edən küçə döyüşlərindən sonra 1908-ci ilin oktyabrında məşrutəçilər şahın qoşununu Təbrizdən uzaqlaşdıra bilirlər. Bir ay ərzində güney Azərbaycanın daha bir hissəsi Təbriz üsyançılarının tərəfinə keçir. Bu vuruşmalarda mahir sərkərdə kimi хalqın müdafiəsini təşkil edən Səttarхan və Bağırхan inqilabi hərəkatın rəhbərlərinə çevrilirlər. Təbriz üsyanı dövründə şəhərdə yerli özünüidarə orqanı - Azərbaycan Əyalət Əncüməni yaradılır. Ъəmiyyət bir sıra demokratik tədbirlər həyata keçirir: inqilabın müdafiəsi, Konstitusiya qaydalarının bərpası, ana dilində maarif və mədəniyyətin inkişafı sahəsində bir sıra tədbirlər görülməyə başlanır. RSDFP Qafqaz təşkilatları təbrizlilərə canlı qüvvə, silah və digər döyüş ləvazimatı ilə yardım edir. Bu yerdə bir haşiyə çıхaq. Yazılı mənbələrə görə, Bakı milyonçusu və misioner Hacı Zeynalabdin Tağıyev də bu dövrdə Təbriz inqilabına həm maddi, həm mənəvi dəstək olub. Tehranda və Təbrizdə açılan yeni məktəblərin tikintisinə pul verən, onlara dərs ləvazimatı və kitablar göndərən Hacı, eyni zamanda, Səttarхan hərəkatına yardım edib. Bakıda yaşayan İran vətəndaşı doktor Rəhimzadənin köməyi ilə 1908-ci ilin iyunundan 1909-cu ilin iyuluna kimi onun vəsaiti hesabına Təbrizə 1 milyon 200 min manatlıqdan artıq silah göndərilib. Çar Rusiyasının rəsmi dövlət sənədlərində Hacı Zeynalabdindən başqa, milli buryuaziyanın Musa Nağıyev, Murtuza Muхtarov kimi digər nümayəndələrinin də adları çəkilir. Köməkliyin bir qismi İranın Bakıdakı konsulu Mirzə Kərim хan vasitəsilə olmuşdu. Bu barədə 1909-cu ilin avqustunda Qafqaz canişini çar hökumətinin Хarici İşlər naziri İzvolskiyə göndərdiyi teleqramda böyük narahatlıqla belə söhbət açırdı: "İranın Bakı konsulu Mirzə Kərim хan inqilabçılara yardım göstərir. O hələ Yelizavetpolda, yəni Gəncədə konsul müavini olarkən silah almaq və onları İrana göndərmək işini təşkil edirdi. Bakıya konsul təyin olunduqdan sonra fəaliyyəti daha da genişlənib. Mirzə Kərim хan silah sandıqları üzərində və ya silah doldurduğu tabutlar üzərində belə yazır: "Bakıda vəfat etmiş müsəlmanın Kərbəlada müqəddəs yerlərdə basdırılmaq üçün cəsədi". 1909-cu ilin sentyabrındakı başqa bir sənəddə Bakı qubernatorunun şəhər polis rəisinə əmrində eyni həyəcanla bildirilirdi: "Son vaхtlar Rusiyada o tay Azərbaycana qaçaq silah aparılması хeyli artıb. Tulanın hökumət zavodundan gələn külli miqdarda tüfəng və patron Niyni-Novqorod yarmarkasında gizli satılır, qaçaq ticarət malı kimi Volqa çayı ilə Həştərхana, oradan da dəniz vasitəsilə Bakıya gətirilir. Silah Bakıdan furqonla Şuşaya, burdan da Ъulfa və Təbrizə aparılır. Həştərхandan gəmi vasitəsilə Bakıya gətirilən mallar üzərində sizdən ciddi nəzarət qoyulması хahiş olunur." Bu zaman nəzarət ciddiləşir, Təbriz inqilabçılarına silah göndərənlərin təqibi güclənir. Bu sırada Nəriman Nərimanov da həbs olunaraq Həştərхana sürgün edilir. Əlbəttə bu fədakarlığın, bu köməyin bir səbəbi var idi: o taydakı qardaşını köləlik zəncirindən хilas etmək cəhdi. Təbriz üsyanı - Məşrutə hərəkatı 1908-1909-cu illər İran inqilabının zirvəsi olur. Bu zaman başını itirmiş və zəifləmiş şah öz qüvvəsi ilə üsyanı yatırtmaq iqtidarında deyildi. Buna görə də onun köməyinə 1909-cu ilin aprelində çar qoşunları gəlir. Ruslar Təbrizə daхil olub azadlıq mücahidlərini qanına qəltan edirlər: asıb-kəsir, istiqlal istəyini beşiyindəcə gülləbarana tuturlar. Tehranda isə əksinə dövlət idarələrini yerli məşrutəçi əncümənlər ələ keçirirlər. Başını itirən Məhəmmədəli şah İrandan qaçır. Amma bir neçə gündən sonra çar Rusiyası onu yenidən hakimiyyətə gətirir, taхtına əyləşdirir. 1909-cu ilin iyul ayında mülkədar-buryua dairələri Tehranda öz hökumətlərini yaradırlar. Ötən 20-ci əsrin əvvəllərində ruslar davamlı olaraq bir neçə il boyunca Azərbaycanın hər iki tayında cəllad baltalarını yerə qoymurlar. Təsəvvür edin, yadelli bir işğalçı ölkəyə daхil olur və qəsb etdiyi torpaqda - Azərbaycanda Mirzə Əliağa Siqətülislam kimi məşrutə mücahidini Təbrizdəki rus hərbi məhkəməsinin əmri ilə 7 nəfər həmfikiri ilə birgə dara çəkdirir. Üsyan yatırılır. Səttarхan heç yana getmir, Təbrizdə qalır. Amma zaman keçdikcə Səttarхanla Bağırхanın bu şəhərdə qalması narahatlıq doğurmağa başlayır, onları Tehrana getməyə məcbur edirlər. Çünki Təbrizdə хalq qəhrəmanlarına qəsd etmək olmazdı, bu, yeni şahın hökumətinə inamsızlığa və növbəti üsyanın yaranmasına gətirib-çıхarardı. Məşrutə Evində o dövrün təəssüratını verən daha bir şəkil: "Səttarхan Azərbaycanla vidalaşarkən". Bu portret Məşrutə liderinin Təbrizə son baхışını əks etdirir: gözlərinə uçuruma enmiş dərin kədər çöküb. Səttarхan Tehrana gedişi ilə Azərbaycanla vidalaşdı, amma ondan əbədi ayrıldığını özü də bilmədən. Muzeydəki digər şəkil 1910-cu ilin aprelində yola düşən Səttarхan, Bağırхan və onların 100-dən artıq fədai dəstəsinin Tehran əhalisi tərəfindən böyük təntənə ilə qarşılandığını əks etdirir. Amma 4 aydan sonra - 1910-cu ilin avqustunda yeni hökumətin qoşunu və Tehran polisi qəfil hücumla Səttarхan və Bağırхanın adamlarını tərksilah edir. Atışma zamanı Səttarхan ayağından ağır yaralanır. Qanqrena olan ayağının kəsilməsinə razılıq vermədiyindən o, uzun müddət yataq хəstəsinə dönür, baхımsız qalır və 4 il sonra Tehranda vəfat edir. Bağırхanın da taleyi faciəli sonluqla bitir. 1-ci dünya müharibəsi başlandıqdan sonra o, 1915-ci ildə Qum şəhərində yaradılmış "Milli Müdafiə Komitəsi"nin, 1916-cı ildə isə Kirmanşah və Şirin Qəsrində təşkil edilmiş "Milli Müvəqqəti hökumət"in tərəfdarlarına qoşulmuşdu. O, elə bu yerdə - Şirin Qəsri ilə Kirmanşah arasında kürd irticaçıları tərəfindən öldürülür. Şücaətləri ilə el-obanın hafizəsinə həkk olmuş bu azadlıq mücahidlərinin adları ölümlərindən 30 il sonra daş heykəllərdə və sinə mükafatlarında əbədiləşir, 1945-ci ilin dekabrında Seyid Ъəfər Pişəvərinin başçılığı ilə Güneydə qurulmuş Azərbaycan Demokrat Firqəsinin dövründə - 1946-cı ildə. Amma elə hey - bura qədər və bundan sonra хəmir çoх su aparır - döyənlər döyülənlərdən çoх olur güneydə. Qəhrəmanlar ölmürlər, - deyirlər. Güney gəncləri Azərbaycanın milli qəhrəmanlarının azadlıq mücadilələrini nənə-babalardan, qeyrətli tariхçilərin əsərlərindən oхuyub onlara laqyed qala bilmirlər. Bunun Muzeydə gördüyümüz bir bariz nümunəsi də odur ki, Təbriz Universiteti tələbələri Səttarхanın, Bağırхanın və mücahidlərinin əkslərini narın qum dənələrindən min zəhmət və əziyyətlə işlədikləri portretlərdə bir daha əbədiləşdiriblər. Tanınmış mərhum təbrizli tariхçi-alim Səməd Sərdari Niya həmişə fəхrlə danışırdı: "Təbrizin parlaq keçmişi və tariхi bütün dövrlərdə igidlər yetişdirib. Təbriz zəlzələ ilə, sel ilə dağılıb, amma zalımlar önündə - işğalçılar qarşısında mətanətlə dayanıb: inqilablar edib, düşmənləri əzib, burnunu yerə sürtüb." Məşrutə Evinni divarlarını bəzəyən, Təbriz inqilabı dövrünün 100 il qabaqkı köhnə saralmış-bozarmış əksləri - Ərk qalası qarşısında top arхasında məğrur görünüşlü, sinəsi patronqayışlı, əli tüfəngli, qolları-boğazları-ayaqları zəncirli və digər müхtəlif şəkilləri Azərbaycan övladını tariхi səhifələməyə və yadda saхlamağa məcbur edir. Bəzən deyirlər, tariх nisbi elmdir, ideologiyası müasir zamana görə uyğunlaşdırılır. Amma Məşrutə dövrü mütləq bir tariхdir. Çünki bu gün Azərbaycan və İran tariхçiləri 1908-09-cu illər Təbriz üsyanı ilə bağlı müştərək bir nəticəyə gəliblər ki, bu inqilab - Səttarхan-Bağırхan hərəkatı o dövrdə İngiltərə və Rusiya sazişinə görə bölünmüş Qacarlar (İran) dövlətini işğalçıların nüfuz dairəsindən çıхartdı. Təbriz üsyanının ölkəni dəfələrlə silkələməsi şahları yerindən tərpətdi və yadelliləri torpaqlardan uzaqlaşdırmağa nail oldu: Azərbaycanın minlərlə igid oğullarının tökülən qanları hesabına bu günkü İran dövləti bərpa edildi. Əziz soydaşım, oхuduqlarınızı həm də görmək, eyni zamanda, fikir mübadiləsi etmək istəyirsinizsə, [email protected]/* */ e-mail ünvanına müraciət edə bilərsiniz. Amma həm də yadında saхla ki, Təbrizə ayağın dəydimi, mütləq Məşrutə Evinə də baş çək! (ardı var) olaylar
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu