SON XƏBƏRLƏR

Tacikstan "Manas"ın əvəzinə ABŞ-a öz ərazisini təklif edir

2021.10.20, 07:36
Tacikstan "Manas"ın əvəzinə ABŞ-a öz ərazisini təklif edir

Gunaz.tv
"Müqəddəs yer" boş qalmır Tacikstan "Manas"ın əvəzinə ABŞ-a öz ərazisini təklif edir Bəlli olduğu kimi, Rəsmi Bişkek Qırğızıstandakı "Manas" aviabazasını ABŞ-ın üzünə bağlamağa hazırlaşır. "Manas"ı itirən ABŞ-ın isə Əfqanıstandakı NATO qoşunlarına hərbi yükləri çatdırmaqda Cənubi Qafqazın hava məkanından istifadə etmək niyyətində olması barədə informasiyalar yayılmaqdadır. Politoloq Rasim Musabəyov bildirir ki, bu marşrut artıq çoxdandır ki, mövcuddur və ona görə də Rusiyanı elə də qıcıqlandıra bilməz. Bu marşrutların aviayüklərin həcminin genişləndirilməsi mümkündür, lakin belə görünür ki, buna imkan olmayacaq. "Qırğızıstan Manasdakı Amerika bazasının bağlanması barədə bəyan edər-etməz,Əfqanıstana daha yaxın və daha əlverişli olan qonşu Tacikistan bildirib ki, ABŞ-a əlavə aviadəhliz və öz ərazisində baza verə bilər. Bununla da Rusiyanın Manasdakı Amerika bazasını bağlanmasının qiyməti ABŞ-la danışıqlarda sövdələşmə aparmaq baxımından bir xeyli azalıb",-deyə politoloq "1news.az"a açıqlamasında bildirib. Doğrudan da, "müqəddəs yer" boş qalmır. Və bu yerə Tacikistanın iddiası isə rəsmi Düşənbənin Rusiyadan inciməsi ilə bağlıdır. Xəbər verdiyimiz kimi, bu günlərdə Düşənbə Moskvaya nota vermişdi. Səbəbi Daşkənddə olarkən RF prezidenti Dmitri Medvedyevin Özbəkistanın maraqlarına uyğun olaraq bəyanat verməsi idi. Medvedyev bildirmişdi ki, regionun su ehtiyatları ilə bağlı bölgədəki bütün ölkələrin maraqlarına uyğun qərar çıxarılmalıdır. Məlum olduğu kimi, Tacikistan öz ərazisindən Özbəkistana axan çaylar üzərində SES tikmək istəyir, rəsmi Daşkənd isə buna qarşı çıxır. X.Rüstəm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar