SON XƏBƏRLƏR

İran adlanan yerdən 5 kilo heroin gətirən Yardımlı sakini tutulub

2021.10.20, 07:36
İran adlanan yerdən 5 kilo heroin gətirən Yardımlı sakini tutulub

Gunaz.tv
İrandan 5 kilo heroin gətirən Yardımlı sakini tutulub qandalqoldab.jpg Vasif Əliyev narkotik vasitənin satışı ilə məşğul olurmuş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycana narkotik vasitə gətirən şəxs həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saxlanılan Yardımlı rayon sakini, əvvəllər məhkum olunan Vasif Əliyevdir. O, 4 kiloqram 850 qram heroini qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından respublikamıza gətirib satarkən tutulub. Ondan həmçinin 1 ədəd xəncər götürülüb. V.Əliyevin evinə baxış zamanı əlavə 44,483 qram tiryək aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Şəhriyar Əlizadə

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar