SON XƏBƏRLƏR

SU DAVASINA QALXMIŞ AZƏRBAYCANLILARA HÖKM OXUNUB

2021.10.20, 07:36
SU DAVASINA QALXMIŞ AZƏRBAYCANLILARA HÖKM OXUNUB

Gunaz.tv
SU DAVASINA QALXMIŞ AZƏRBAYCANLILARA HÖKM OXUNUB Urmiya İnqilab Məhkəməsi su qalmaqalı üstündə həbs edilən 24 azərbaycanlı əkinçiyə hökm çıxarıb. 21 nəfər həbs, sürgün və şallaq cəzalarına məhkum edilib, 3 nəfər bəraət alıb. 1 ay əvvəl Urmiyanın Nazlı məntəqəsinin Qızıl Xəniyə kəndinin sakinləri kəndin suyunun istiqamətini dəyişməyə qarşı çıxaraq dinc etiraz aksiyası keçiriblər. Urmiya-Salmas yolunda toplaşan kənd əhalisi silahlı hökumət qüvvələrinin hücumuna məruz qalıb, daha sonra həbslər aparılıb. «Media forum» saytının məlumatına görə, məhkəmə Süleyman İbrahimi, Məhəmməd Səmədzadə, Murtuza Cəfəri, Allahverdi Əslani, Məhəmməd Manafzadə, Eyyub Əzizpur, Əkbər Rüstəmi, Merac Əlipur, Səid Cəfərpur, Məcid Quluzadə və Ziyad Cəfərpulu iki il şərti həbsə, 1 il müddətinə farsların yaşadığı Minab şəhərinə sürgünə və 74 şallaq zərbəsinə məhkum edib. Behruz Məcidi 1 il şərti həbsə, 1 il müddətinə Minab şəhərinə sürgünə, 74 şallaq zərbəsinə, Barzad Nizami Əfşar, Miqdad Nizami Əfşar və Məhəmməd Əşrəfi isə 6 ay şərti həbsə məhkum edilib. Heydərəli Əlipur, Hüseyn Vahabzadə, Süleyman Əhmədi, Həbibulla Əhmədi və Məhəmməd Cəfərini 300 dollar, Höccət Mükərrəmi isə 200 dollar nağd pul cəriməsi alıb. Məhkəmə Mehdi İsməili, Əsğər Qara Hacılı, Behzad Yaqubzadə və Cəfəri soyadlı müttəhimə bəraət hökmü çıxarıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar