SON XƏBƏRLƏR

Bakı və Ankara “Qafqazda sabitlik və əməkdaşlıq platforması” üzrə müzakirələri davam etdirməyi razılaşdırıblar

2021.10.20, 07:36
Bakı və Ankara “Qafqazda sabitlik və əməkdaşlıq platforması” üzrə müzakirələri davam etdirməyi razılaşdırıblar

Gunaz.tv
Bakı və Ankara “Qafqazda sabitlik və əməkdaşlıq platforması” üzrə müzakirələri davam etdirməyi razılaşdırıblar _briefing_011208-1.jpg Bakı və Ankara Türkiyənin “Qafqazda sabitlik və əməkdaşlıq platforması” təklifi üzrə müzakirələri davam etdirməyi qərar alıblar. Türkiyənin xarici işlər naziri Əli Babacanla təkbətək görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankaranın “Qafqazda sabitlik və əməkdaşlıq platforması”nı yüksək qiymətləndirərək, region üçün vacib olduğunu bildirib, - Xarici İşlər Nazirliyinin bazar ertəsi yaydığ məlumatında bildirilib. “Qafqazda sabitlik və əməkdaşlıq platforması” 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan münaqişəsindən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən regionda sülh və əməkdaşlığı təmin etmək məqsədilə təklif olunub. Azərbaycanın XİN başçısı Türkiyənin dünyanın müxtəlif regionlarında, xüsusilə BMT TŞ-nin üzvü kimi sülhpərvər səylərini yüksək qiymətləndirib. Babacan regionda sülhün bərqərar olunması üçün münaqişələrin tez bir zamanda həllinin vacibliyini vurğulayıb. O, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar