SON XƏBƏRLƏR

Başı açıq müsahibə verən Səudiyyə Şahzadəsi islam qaydalarına etirazını bildirib

2021.10.20, 07:36
Başı açıq müsahibə verən Səudiyyə Şahzadəsi islam qaydalarına etirazını bildirib

Gunaz.tv
Ərəb Şahzadəsinin xanımı üsyan etdi: “21 milyard pulum, 300 maşınım var, amma sürmək qadağandır” ereb-shahzadesi.jpg Başı açıq müsahibə verən Səudiyyə Şahzadəsi islam qaydalarına etirazını bildirib Səudiyyə Ərəbistanının Kralı Abdullahın qardaşı oğlu, dünyanın ən zəngin 13-cü adamı sayılan Şahzadə Əl Vəlid Bin Təlalın həyat yoldaşı Şahzadə Əmirə əl-Təlal ölkəsində qadınlara avtomobil sürməyin qadağan olunmasına üsyan etdi. Lent.az-ın məlumatına görə, “Əl Vətən” qəzetinə danışan və hicabsız şəklinin çəkilməsinə izn verən Şahzadə deyib ki, dünyanın hər yerində avtomobil sürməyə imkan verən sürücülük vəsiqəsi olsa da, öz ölkəsində bu imkandan yararlana bilmir. “Qadağa götürülərsə, sükan arxasına keçməyə hazıram”, - deyə Əmirə əl-Təlal bildirib. Ərinin 21 milyard dollar sərvətlə dünyanın ən varlı adamları arasında yer aldığını deyən Şahzadə, sahib olduğu 300 avtomobildən heç birini ölkəsinde sürə bilmədiyini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar