SON XƏBƏRLƏR

MİLLİ ZƏMİNDƏ MÜBARİZƏ APARAN ƏRDƏBİLLİ QARDAŞLAR HƏBS EDİLİB

2021.10.20, 07:36
MİLLİ ZƏMİNDƏ MÜBARİZƏ APARAN ƏRDƏBİLLİ QARDAŞLAR HƏBS EDİLİB

Gunaz.tv
MİLLİ ZƏMİNDƏ MÜBARİZƏ APARAN ƏRDƏBİLLİ QARDAŞLAR HƏBS EDİLİB ETTELAAT-ın Ərdəbil bölməsinin əməkdaşları milli zəmində dinc mübarizə aparan üç ərdəbilli qadaşı (Məhəmməd Sadıq Əsl, İbrahim Sadıq Əsl, Ramin Sadıq Əsl) həbs edib. Qardaşların harda saxlandığı bilinmir. Həbslər fevralın 5-də həyata keçirilsə də, bu haqda məlumat fevralın 10-da yayılıb. «Media forum» saytı xəbər verir ki, ETTELAAT əməkdaşları Ərdəbil Universitetinin tələbəsi Məhəmməd Sadıq Əsli iş yerində, İbrahim Sadıq Əsli isə atasının mənzilində tutublar. İbrahimin yaşadığı mənzildə geniş axtarış aparılıb, kompüter, CD diskləri, Azərbaycan dilində kitab və jurnallar müsadirə edilib. Raminin harda və necə həbs olunduğu bilinmir. Məlumatlara görə, ərdəbilli qardaşların ailə üzvləri hökumət orqanılarına müraciət etsələr də, tutulanların yeri və onlara qarşı irəli sürülən ittihamlar barədə bilgi ala bilməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar