SON XƏBƏRLƏR

Əli Babacan: “Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür”

2021.10.20, 07:36
Əli Babacan: “Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür”

Gunaz.tv
Əli Babacan: “Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür” karabax-210404.jpg Fevralin 9-da xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyəli həmkarı Əli Babacan arasında təkbətək və geniş tərkibdə görüş keçirilib. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub. Bu barədə məlumatı XİN-nin Mətbuat katibi Xəzər İbrahim verib. Türkiyənin “Qafqazda sabitlik və əməkdaşlıq platforması” təklifini nazir E.Məmmədyarov yüksək qiymətləndirib niyyətin region üçün vacibliyini və onun gələcəkdə reallaşması üçün müzakirələrin davam etdirilməsinin gərəkliyini vurğulayıb. Eyni zamanda, E.Məmmədyarov Türkiyənin dünyanın müxtəlif regionlarında və xüsusilə BMT TŞ-nın üzvü kimi sülhpərvər səylərini yüksək qiymətləndirib. Nazir Ə.Babacan regionda sülhün bərqərar olunmasının zəruriliyini qeyd edərək regiondakı münaqişələrin tez bir zamanda həllinin vacibiliyini qeyd edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib. Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar