SON XƏBƏRLƏR

QADAĞAN OLUNMUŞ HÜQÜQ MÜDAFİƏÇİLƏRİ BİRLİYİ HESABAT YAYIB

2021.10.20, 07:36
QADAĞAN OLUNMUŞ HÜQÜQ MÜDAFİƏÇİLƏRİ BİRLİYİ HESABAT YAYIB

Gunaz.tv
QADAĞAN OLUNMUŞ HÜQÜQ MÜDAFİƏÇİLƏRİ BİRLİYİ HESABAT YAYIB İranın tanınmış qeyri-hökumət təşkilatı - Hüquq Müdafiəçiləri Birliyi insan hüquqlarının kobud pozulması barədə hesabat yayıb. «Media forum» saytının məlumatına görə, hesabatda İran Yazıçılar Birliyinin üzvü Möhsün Həkimi və Vəhdəti Möhkəmləndirən Qurumun keçmiş üzvü Səid Rəzəvi Fəqihin həbsinə, tələbə və qadın fəallara qarşı artan təzyiqlərə, bir sıra qəzet və jurnalın bağlanmasına etiraz bildirilir: «İnsan hüquqlarının kobud şəkildə pozulması istər ölkədə, istər də dünyada İran rəsmilərinə qarşı mənfi rəy yaratmaqla yanaşı milli birliyin zəiflməsinə də səbəb olub». Nobel sülh mükafatı laureatı Şirin İbadi, vəkil və hüquq müdafiəçiləri Əbdülfəttah Sultani, Məhəmmədəli Dadxah, Məhəmməd Şərif və Yusif Mövlayinin 7 il əvvəl təsis etdiyi, insan hüquqları, o cümlədən də siyasi məhbusların hüquqları uğrunda dinc mübarizə aparan Hüquq Müdafiəçiləri Birliyinin fəaliyyətinə ay yarım əvvəl hökumət qadağası qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar