SON XƏBƏRLƏR

«BƏSİC»ə YENİ SƏLAHİYYƏT VERİLİB

2021.10.20, 07:36
«BƏSİC»ə YENİ SƏLAHİYYƏT VERİLİB

Gunaz.tv
«BƏSİC»ə YENİ SƏLAHİYYƏT VERİLİB İranın dini rəhbəri ayətullah Əli Xamneyinin göstərişi ilə ölkənin dövlət quruluşuna qarşı kiçik təhdidlərin qarşısını almaq səlahiyyəti «Bəsic» təşkilatına verilib. Bunu fevralın 9-da İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») rəhbəri Məhəmmədəli Cəfəri Tehranda «Bəsic» üzvləri qarşısında çıxış edərkən açıqlayıb. «Bəsic» - hökumət tərəfdarı olan könüllülər dəstəsidir. «Media forum» saytının məlumatına görə, M.Cəfəri deyib ki, yeni səlahiyyət «Bəsic»ə bu təşkilatdakı struktur dəyişiklikləri çərçivəsində verilib: «Kiçik təhdidlərin qarşısını almaq və onları zərərsizlşdirmək «Bəsic»ə tapşırlıb. Təşkilatdakı dəyişikliklər, hazırlanan yeni proqramlar, müdafiə və təhlükəsizliklə bağlı tədbirlər də elə bununla bağlıdır». «Sepah»ın komandanı «Bəsic»in üzərinə yalnz hərbi yox, həm də iqtisadi, siyasi və mədəni təhdidlərin qarşısını almaq vəzifəsinin qoyulduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar