Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Məhərrəm Zülfüqarlı: "Ankaranın İrəvan və Moskva ilə danışıqları o demək deyil ki, gələcəkdə hər şey normal olacaq" Dünən Türkiyənin xarici işlər naziri Əli Babacan Bakıya gəlib. Qeyd edək ki, buna qədər Əli Babacan erməni həmkarı Edvard Nalbandyanla iki dəfə bir araya gəlib, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Davos forumunda Ermənistan prezident Serj Sərkisyanla görüşüb. İşğalçı ölkənin xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbəndyan görüşlərdə Ankara-İrəvan münasibətlərinin normalllaşdırılmasının əsas müzakirə mövzusu oluğunu söyləyib. Rusiyayla da Türkiyənin siyasi rəhbərliyinin görüşlərinin, müzakirələrinin intensivliyi artır. Bəs bu fonda Azərbaycan-Türkiyə münasibətlərinin günümüzdəki durumu necə dəyərləndirilə bilər? Hələrin edilməsinə ehtiyac var? Ramiz Mikayıloğlu Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı deyir ki, Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə getdiyini, hər şeyin normal olduğu söylənsə, o qədər də düz olmaz. Ankaranın Moskvayla birlikdə Cənubi Qafqazda problemlərin həllində önə çıxması, müəyyən təşəbbüslərdə bulunması bəzi məsələlərə qiymət verməyə çətinlik yaradır. Rusiya-Gürcüstan müharibəsindən sonra ABŞ başda olmaqla Qərb ölkələriylə Moskvanın münasibətlərinin kəskinləşdiyi bir vaxtda Türkiyənin belə təşəbbüslərlə ortaya çıxması hardasa müsbət qiymətləndirilə bilər. Amma Türkiyə də NATO-nun üzvüdür, Vaşinqtonun ən yaxın müttəfiqlərindən biridir. Belə halda fikirləşilsə ki, Ankara NATO-dan, yaxud ABŞ-dan kənar hansısa müstəqil siyasət yürüdür, bu, bir qədər sadəlövlük olardı. Hər halda Türkiyənin son dövrlər atdığı addımlar qardaş ölkənin güclü dövlət olduğunu göstərir. Xüsusilə də İsrail prezidentinə Rəcəb Tayyib Ərdoğanın reaksiyası da onu göstərir ki, Türkiyə istədiyi vaxt öz dövlət maraqlarından çıxış etmək gücünə malikdir. Amma Ermənistanın Rusiyadan asılı, bu dövlətin forpostu olması, Türkiyənin NATO-ya üzvülüyü, Avropa Birliyinə can atması göstərir ki, bütün bunlar yenə də iki böyük qütb-Qərb və Rusiya arasındakı münasibətlərin, yeni bir gedişin təzahürüdür. Moskva istəməz ki, Qafqazdan əli çıxsın və Ermənistan kimi bir dövlətə təsiri azalsın, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, Türkiyə də istədiyinə nail olsun. Ankaranın İrəvan və Moskva ilə apardığı danışıqlar heç də o demək deyil ki, gələcəkdə hər şey normal olacaq, Azərbaycan da arxayınlaşsın ki, Türkiyənin atdığı bu addımlar sabah torpaqlarımızın qaytarılmasıyla nəticələnəcək. Hər bir ölkənin diplomatiyası işləyir, türk diplomatiyası da müəyyən addımlar atır. Azərbaycan çalışmalıdır ki, problemini özü həll etsin və dünyada gedən proseslərdən bəhrələnərək itirilmiş torpaqlarını geri qaytarsın. Məhərrəm Zülfüqarlı bildirdi ki, Türkiyə sabah Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla əlaqələr qurarsa, bu, birinci növbədə türklərin özünün ziyanına olar. Çünki beynəlxalq aləmdə Ankaranın ən yaxın müttəfiqi Bakıdır. Hər iki tərəf daim bir-birinə dəstək verir: "Amma hərdən bizə məlumatlar çatır ki, Türkiyə Ermənistanla sərhədləri açmaq, ticarət əlaqələri qurmaq istəyir. Digər tərəfdən, türk rəsmiləri Dağlıq Qarabağ problemi həll olunmayacağı halda İrəvanla əlaqələrin tərəfdarı olmadıqlarını dilə gətirirlər. Amma yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanın Qarabağ, Türkiyənin isə "soyqırım" problemi var. Yəni Türkiyə Ermənistanla bizə görə problem içərisində deyil. Bizdən də əvvəl türklərlə ermənilərin problemləri var. O baxımdan erməni məsələsi bizim ümumi problemimizdir. Bu, ümumiyyətlə, Türk dünyasıyla ermənilərin problemidir. Bunun da arxasında həm Rusiya, həm də Qərbin müəyyən dairələri dayanır. Ona görə də çalışmalıyıq ki, problemi parçalamayaq. Vahid şəkildə bu məsələlərə yanaşaraq, gələcəkdə türk dünyasının bu işə cəlb olunmasıyla və bizi dəctəkləyən digər dövlətlərin köməyilə bu problemin çözülməsinə nail olaq. Amma problemi parçalasaq, hərə öz dövlət maraqlarından çıxış etsə, onda problemlərin həlli çətinləşəcək". Məhərrəm Zülfüqarlı hesab edir ki, Türkiyə ilə Azərbaycan arasında Qarşılıqlı Hərbi Yardım Haqqında Müqavilənin imzalanması da lazımdır. Çünki Ermənistanla Rusiyanın belə bir müqaviləsi var, hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. İndi də MDB-yə daxil olan ölkələrin vahid ordusunun yaradılmasına səy göstərilir: "Yaddan çıxarmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür, həm də Avropa Birliyinə üzvlüyə can atır, üzərinə müəyyən öhdəliklər götürür. Yəni belə müqavilələr bağlayanda yəqin ki, Ankara NATO-nun razılığını almalıdır. Həm də Avropa Birliyində söz sahibi olan Fransa Türkiyənin Azərbaycanla Qarşılıqlı Hərbi Yardım Haqqında Müqavilə imzalanmasından narazı qalar. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, vasitəçilik edir, Ermənistanın ənənəvi müttəfiqidir. Ümumiyyətlə, Qərb dünyası, eyni zamanda Rusiya narazı qalar. Gələcəkdə Türkiyə NATO kimi hərbi ittifaqlarda ola-ola addım ataraq Azərbaycanla Qarşılıqlı Hərbi Yardım Haqqında Müqavilə bağlayarsa, bu, hər halda qardaş ölkənin müstəqil dövlət kimi qətiyyətini göstərər. Avropa Birliyinə girmək üçün Türkiyəni zəiflədən öhdəliklərdənsə, qardaş ölkələrlə yaxınlaşmağa üstünlük verərsə, belə müqavilə imzalana bilər".
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu