SON XƏBƏRLƏR

MƏHƏMMƏD XATƏMİ PREZİDENTLİYƏ QAYITMAQ İSTƏDİYİNİ RƏSMƏN AÇIQLAYIB

2021.10.20, 07:36
MƏHƏMMƏD XATƏMİ PREZİDENTLİYƏ QAYITMAQ İSTƏDİYİNİ RƏSMƏN AÇIQLAYIB

Gunaz.tv
MƏHƏMMƏD XATƏMİ PREZİDENTLİYƏ QAYITMAQ İSTƏDİYİNİ RƏSMƏN AÇIQLAYIB mehemmed20xatemi201.jpg Sabiq prezident Məhəmməd Xatəmi İran dövlətinin başçısı postuna dönmək istədiyini rəsmən açıqlayıb. «Media forum» saytı xəbər verir ki, fevralın 8-də mətbuat konfransı düzənləyən Xatəmi iyunun 12-də keçiriləcək prezident seçkisinə qatılacağını söyləyib. 1997-2005-ci illərdə İran prezidenti kürsüsünü tutmuş 65 yaşlı Xatəminin 2009-cu il seçkisində iştirak edəcəyi haqda informasiyalar çoxdan dolaşırdı. O, namizəd olacağı ötən həftə açıqlanmış indiki prezident Mahmud Əhmədinejadın ən güclü rəqibi sayılır. Seçki marafonuna keçmiş baş nazir, azərbaycanlı Mirhüseyn Musəvi, parlamentin keçmiş sədri Mehdi Kərrubi, Tehranın keçmiş meri Məhəmmədbağır Qalibaf və keçmiş deputat, azərbaycanlı Əkbər Ələmi kimi siyasətçilərin qatılacağı da ehtimal olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar