SON XƏBƏRLƏR

Birləşmiş Ştatlar prezidenti Barak Obama dövlət başçısı kimi keçirdiyi ilk mətbuat konfransında İran, Rusiya və terrorizmlə mübarizə məsələlərinə toxunub

2021.10.20, 07:36
Birləşmiş Ştatlar prezidenti Barak Obama dövlət başçısı kimi keçirdiyi ilk mətbuat konfransında İran, Rusiya və terrorizmlə mübarizə məsələlərinə toxunub

Gunaz.tv
barak-obama12.jpg Barak Obama İrana dialoq yoluyla yanaşmağa çalışır Birləşmiş Ştatlar prezidenti Barak Obama dövlət başçısı kimi keçirdiyi ilk mətbuat konfransında İran, Rusiya və terrorizmlə mübarizə məsələlərinə toxunub O, rusiyalı həmkarı Dmitri Medvedevi nüvə silahlarının ixtisarı barədə razılıq imzalamağa çağırıb. İranla isə bir başa danışıqların aparılmasının önəmli olduğunu vurğulayıb. Bir saat davam etmiş mətbuat konfransında Barak Obama junralistlərin 13 sualını cavablandırıb. Əsasən ölkənin xarici siyasətinə diqqət yönəldən Ağ Ev rəhbəri dünyada nüvə silahlarının itixisarından da danışıb. O, Birləşmiş Ştatlarla Rusiyanın bu sahədə birgə səylərinin artırmasının vacibliyini vurğulayıb. İki ölkə arasında strateji həlledici silahlanmanın məhdudlaşdırılması haqda razılaşma 1991-ci ildə imzalanıb. Lakin ötən ilin sonunda bu sənədin müddəti başa çatıb. Rəsmi Vaşinqton yeni razılaşmanın imzalanmasına çalışır. İranın nüvə probleminə toxunan Barak Obama siyasi danışıqların inkişafı üçün rəsmi Tehranla danışıqlar stolu arxasına oturmağın vacib olduğunu söyləyib. O, Amerikanın Yaxın Şərqdəki siyasətinin tam şəkildə dəyişdiriləcəyini və İrana mnasibətdə konstruktiv yanaşma axtarılacağın deyib. Amerika prezidenti beyənlxalq terrorizmlə mübarizənin davam etdiriləcəyini və Əl-Qaidə terrorçularının lazımi şəkildə cəzalandırılacağını bəyan edib. O, anti-terror əməliyyatların daha da sərtləşdiriləcəyini də qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar