SON XƏBƏRLƏR

Neftin qiymətinin 20 dollara qədər enəcəyi istisna olunmur

2021.10.20, 07:36
Neftin qiymətinin 20 dollara qədər enəcəyi istisna olunmur

Gunaz.tv
Neftin qiymətinin 20 dollara qədər enəcəyi istisna olunmur neft_03_11_08.jpg Bunu OPEK-in sabiq baş katibi Ali Rodriges bildirib «Dünya bazarında neftin qiymətinin 20 dollara qədər enəcəyi istisna olunmur». Bunu Venesuelanın maliyyə naziri, Neft İxrac Edən Ölkələrin Birliyi- OPEK-in sabiq baş katibi Ali Rodriges bu ölkədə nəşr olunan «El universal» qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, qara qızılın ucuzlaşmasının sosial xərclərin ixtisarına səbəb olmaması üçün hökumət mümkün olan hər şeyi edir. Nazir 2009-cu ilin dövlət büdcəsində neftin bir barelinin 60 dollardan götürüldüyünü, hazırda isə Venesuela neftinin 36 dollara satıldığını söyləyib. Qeyd edək ki, Venesuela neft ixracının həcminə görə dünyada 5-ci yeri tutur və OPEK-in təsisçilərindən biridir. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar