SON XƏBƏRLƏR

Qoran Lenmarker:«2009-cu ildə Qarabağ münaqişənin həlli üçün qızıl imkanlar yaranıb»

2021.10.20, 07:36
Qoran Lenmarker:«2009-cu ildə Qarabağ münaqişənin həlli üçün qızıl imkanlar yaranıb»

Gunaz.tv
Qoran Lenmarker:«2009-cu ildə Qarabağ münaqişənin həlli üçün qızıl imkanlar yaranıb» 2009-02-10_10646.jpg «2009-cu ildə hər iki münaqişə tərəfinin qarşılıqlı güzəştə getməsi ilə Dağlıq Qarabağ probleminin həll edilməsi üçün qızıl imkan yaranıb». Bu bəyanatla Ermənistanda səfərdə olan ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi, ATƏT PA-nın fəxri sərdi Qoran Lenmarker çıxış edib. Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşən Lenmarker bildirib ki, ötən ilin avqustunda Gürcüstanda qeydə alınan müharibə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin alternativi olmadığını ortaya qoyub. Avropalı diplomatın qənaətinə görə, indiki vaxt çatışmazlığı şəraitində bu imkandan istifadə etmək çox vacibdir. Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Cənubi Qafqaz ölkələrinin prezidentlər, baş nazirlər, parlament rəhbərləri və QHT nümayəndələri ilə görüşlər keçirəcəyini deyən Lenmarker nəticədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair müsbət siqnallar alacağını vurğulayıb. O, Azərbaycan və Ermənistanın ümumi ortaq məxrəcə gələcəyinə ümid bəslədiyini və bunun hər iki tərəfin, hər iki xalqın, qaçqınların və məcburi köçkünlərin xeyrinə olduğunu da deyib. Qeyd edək ki, Ermənistandan sonra Gürcüstana səfər edəcək Qoran Lenmarker, fevralın 12-də Azərbaycana gələcək. ATƏT təmsilçisi səfərinin yekunu olaraq hesabat hazırlayacaq və ATƏ-in Parlament Assambleyasının Vyanada fevralın 19-na keçiriləcək sessiyasına təqdim edəcək./

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar