SON XƏBƏRLƏR

Rusiya NATO təchizatlarını öz ərazisindən buraxacaq

2021.10.20, 07:36
Rusiya NATO təchizatlarını öz ərazisindən buraxacaq

Gunaz.tv
Rusiya NATO təchizatlarını öz ərazisindən buraxacaq 2009020405351920090204003659us_base_manas_203.jpg Manas: Amerikanın Mərkəzi Asiyada son hərbi bazası Rusiya bildirib ki, Amerika Birləşmiş Ştatlarının xahişi ilə NATO-nun Əfqanıstandakı əməliyyatı üçün qeyri-hərbi təchizatların öz ərazisindən göndərilməsinə razılıq verir. Rusiyanın xarici işlər naziri Sergey Lavronun sözlərinə görə, Moskva həmin təchizatlara dair təfərrüatları əldə edən kimi, sövdələşmə təsdiq ediləcək. Rusiyanın öz ərazisindən nəql etdirilməsinə razılıq verdiyi təchizatlar - yanacaq, ərzaq və dəva-dərmandır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Moskva həmin təchizatlara dair təfərrüatları əldə edən kimi, sövdələşmə təsdiq ediləcək. Rusiyanın öz ərazisindən nəql etdirilməsinə razılıq verdiyi təchizatlar - yanacaq, ərzaq və dəva-dərmandır. Bu barədə məlumat Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiya bölgəsində yeganə bazası qalan Manas aerodromunun bağlanılmaq üzrə olduğu bir vaxtda səslənib. Kabuldan cəmi iki saatlıq uçuş məsafəsində yerləşən Manas bazasının NATO-nun Əfqanıstan əməliyyatı üçün böyük əhəmiyyət kəsb etdiyi bildirilir. NATO alyansı Pakistandan gedən təchizat marşrutlarının təhlükəsiz olmadığından narahatdır. Bəzi məlumatlara görə, Rusiya Bişkək hökumətinə Manas bazasının bağlanılması üçün maliyyə şirinlikləri verib. Bu arada Qırğızıstanın baş naziri İqor Çudinov Amerikanın Manas bazasının bağlanılmasına dair danışıqların getdiyi barədə bəyanatlarının həqiqətə uyğun olmadığını bildirib. Bu zaman isə Tacikistan NATO-nun Əfqanıstandakı qüvvələri üçün qeyri-hərbi təchizatların əraziyə çatdırılması məsələsində kömək etməyə hazır olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar