SON XƏBƏRLƏR

ƏRDƏBİLLİ FƏALI OĞURLUQDA GÜNAHLANDIRILAN MƏHBUSLARIN KORPUSUNA SALIBLAR

2021.10.20, 07:36
ƏRDƏBİLLİ FƏALI OĞURLUQDA GÜNAHLANDIRILAN MƏHBUSLARIN KORPUSUNA SALIBLAR

Gunaz.tv
ƏRDƏBİLLİ FƏALI OĞURLUQDA GÜNAHLANDIRILAN MƏHBUSLARIN KORPUSUNA SALIBLAR Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, milli təhlükəsizliyə qarşı çıxmaqda və casusluqda günahlandırılaraq 5 il həbsə məhkum edilən ərdəbilli fəal Əli Abbasini oğurluqda təqsirli bilinən məhbusların korpusuna salıblar. «Media forum» saytının məlumatına görə, Ərdəbil zindanının ETTELAAT şöbəsi həbsxananın siyasi məhbuslara məxsus 7-ci korpusunda saxlanan Əli Abbasinin yerini dəyişərək onu oğurluqda günahlandırılmış məhbuslar olan 4-cü korpusa aparıblar. Ailəsiylə telefon danışığında fəal bunu zindan rəsmilərinin psixi təzyiq göstərmək niyyəti ilə əlaqələndirib. Milli zəmində fəaliyyətlərinə görə 2007-ci ilin oktyabr ayında həbs edilən Ə.Abbasi 38 gün Ərdəbil ETTELAAT idarəsində saxlanıb və vəkilsiz keçirilən məhkəmədə əvvəlcə 11 il həbsə məhkum edilsə də, sonradan apellyasiya məhkəməsində bu müddət 5 ilə endirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar