SON XƏBƏRLƏR

TÜRKİYƏ PARLAMENTARLARI «SOYQIRIM» LAYİHƏSİNİ ÖNLƏMƏK ÜÇÜN VAŞİNQTONDA DANIŞIQ APARIR

2021.10.20, 07:36
TÜRKİYƏ PARLAMENTARLARI «SOYQIRIM» LAYİHƏSİNİ ÖNLƏMƏK ÜÇÜN VAŞİNQTONDA DANIŞIQ APARIR

Gunaz.tv
TÜRKİYƏ PARLAMENTARLARI «SOYQIRIM» LAYİHƏSİNİ ÖNLƏMƏK ÜÇÜN VAŞİNQTONDA DANIŞIQ APARIR ABŞ Konqresinin 4 üzvü Nümayəndələr Palatasına təqdim etmək üçün «erməni soyqırımı» layihəsi hazırlayıb imza topladır. «Media forum» xəbər verir ki, müəlliflər - Demokrat Partiyasından Frank Pallone, Adam Şiff, Respublikaçılar Partiyasından Corc Radanoviç və Mark Krik Türkiyə-İsrail münasibətlərində yaranmış gərginlikdən istifadə edərək layihənin gündəliyə çıxarılmasını istəyirlər. Onlar hesab edir ki, bu mərhələdə yəhudi lobbisi hər zaman dəstəklədiyi Türkiyənin arxasında durmayacaq və qətnaməni asanlıqla keçirmək mümkün olacaq. Türkiyə də layihənin keçməməsi üçün hazırlıqlara başlayıb. Millət vəkillərindən ibarət nümayəndə heyəti artıq Vaşinqtondadır. Hakim Ədalət və Qalxınma Partiyasını təmsil edən Suat Kınıklıoğlu bildirib ki, Vaşinqtonda bu məsələ ilə bağlı ziddiyyətli fikirlər var. O bəzilərinin «layihə təqdim olunarsa, keçər» düşüncəsində olduğunu, bəzilərininsə «bu o qədər asan deyil» dediklərini söyləyib. Kınıklıoğlu bu il durumun hər zamankından fərqli olduğunu deyib: «Türkiyə ilə Ermənistan arasındakı futbol diplomatiyası gözardı edilməməlidir. Belə bir qərar qəbul olunarsa, bu, Türkiyə ilə Ermənistan arasında son bir ayda gerçəkləşən tarixi gəlişmələr baxımından da son dərəcə zamansız olar». Suat Kınıklıoğlu Türkiyənin bu layihənin keçməməsi üçün əlindən gələni edəcəyini bildirib. Amerikaya gedən TBMM heyətində təmsil olunan Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Mithat Melen də «soyqırım» qətnaməsinin qəbulu cəhdinin Türkiyə ilə Ermənistan arasındakı futbol diplomatiyasını öldürəcəyini bildirib. «Belə bir qərar qəbul etmək axmaqlıq olar və Türkiyə-ABŞ münasibətlərində yeni dönəmi başladar» deyən Melen qeyd edib ki, «soyqırım» qətnaməsinin qəbulu Türkiyədə Amerika əleyhdarlığını artırar. Türkiyə nümayəndə heyəti həftənin sonunda Ankaraya dönəcək və məsləhətləşmələrdən sonra yenidən Vaşinqtona qayıdacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar