SON XƏBƏRLƏR

İran, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıya biləcəyini istisna etmir

2021.10.20, 07:36
İran, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıya biləcəyini istisna etmir

Gunaz.tv
İran, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıya biləcəyini istisna etmir Bunu İranın Rusiyadakı səfiri Mahmud Reza Sacadi bildirib İranın Rusiya Federasiyasındakı səfiri Mahmud Reza Sacadi , ölkəsinin yaxın vaxtlarda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıya biləcəyini istisna etməyib. «İnterfaks»ın məlumatına görə, səfir bu barədə jurnalistlərə açıqlama verib. "Mən bizim bu məsələyə ümumiyyətlə baxmadığımızı demək istəmirəm, amma onu da deyə bilmərəm ki, yaxın gələcəkdə biz bu addımı atmayacağıq", deyə o, açıqlamasında bildirib. Səfir eyni zamanda qeyd edib ki, İran bu məsələyə maksimum ehtiyatla yanaşmağı düşünür: «Amma təbii ki, biz bu xalqların daha da çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar