SON XƏBƏRLƏR

Fars şovinist rejiminin ən böyük qorxusu - Azərbaycan türkcəsi

2021.10.20, 07:36
Fars şovinist rejiminin ən böyük qorxusu - Azərbaycan türkcəsi

Gunaz.tv
Fars şovinist rejiminin ən böyük qorxusu - Azərbaycan türkcəsi serencam.jpg Fevralın 4-də İran adlanan yerin Elmlər Nazirliyi Güney Azərbaycanın bütün məktəb və universitetlərin rəhbərliyinə xəbərdarlıq məzmunlu sərəncam göndərib.GÜNAZ.TV mətbuat mərkəzinin GAİP saytından əldə etdiyi məlumata görə sənəddə təhsil müssisələrində müəllimlər və tələbələrin fars dilində danışmasının və tədrisin fars dilində keçirilməsinin vacib olduğu bildirilir. Sərəncamda qeyd olunur ki, İran adlanan yerin rəsmi dövlət dili fars olduğu üçün bütün tədris müəssisələrində dərslərin və dialoqların bu dildə aparılması zəruridir: “Tələbələrin bilik və savadlarının inkişafi fars dilinin qrammatikasını yaxşı öyrənməsindən asılıdır. Nazirlik bu istiqamətdə dəfələrlə universitet və orta məktəblərin rəhbərlərinə, müəllimlərə göstəriş verib, lakin hələ də Azərbaycan vilayətlərindəki təhsil müəssisələrində müəllim və tələbələr yerli ləhcələrdən istifadə edir. Bu da İran adlanan yerdə təhsilin inkişafının qarşısını alır. Bunun da səbəbi univesitet və məktəb rəhbərlərinin bu işlə ciddi məşğul olmamasıdır. Təhsil müəssisələrinin rəhbərləri və müəllimlər bu sahəyə nəzarəti gücləndirməli və ciddi tədbirlər görməlidir”. Sənədin sonunda vurğulanır ki, İran adlanan yerin qanunlarına qarşı olan və bu qanunların icra olunmasına hər hansı bir əngəl törədən şəxslərin ciddi cəzalandırılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar