SON XƏBƏRLƏR

Hərəkatın əsalətinin itirilməməsi üçün! - Böyük Rəsuloğu

2021.10.20, 07:36
Hərəkatın əsalətinin itirilməməsi üçün! - Böyük Rəsuloğu

Gunaz.tv
Araz Qaradağ adında dəyərli fikir sahibi bir soydaşımızın ”Hərəkətin Əsaləti”* başlığı altında yazısını həmişəki kimi müxtəlif sitələrdə maraqla oxudum. Bu fikirdaşımızla birgə adlarını çəkmək istəmədiyim bir neçə dəyərli yazar və fikir sahiblərinin təhlili yazılarından böyük faydalar götürdüyümüz inkar edilməzdir. Ancaq bilindiyi kimi bugün “ Azərbaycan Milli Hərəkatı” bütün çətinliklərə baxmıyaraq böyük inkişaf yolunu addımlamaqdadır. Bu inkişaf nəticəsində güclənən milli hərəkatımız bir tərəfdəndə təbii olaraq mürəkkəbləşir. Başqa sözlə, yaxın geçmişdə dar çərçivədə olan milli hərəkatımızı təşkil edən quvvələrin bir çoxunun hədəf və taktikləri əksəriyətimizə aydın olduğu halda bugün bunun təsbiti çətindir. Başqa ifadə ilə milli hərəkatımıza qoşulanları alqışlamaqla, geçmişdəki bütün fəallarımıza yüksək dəyər verməklə yanaşı, kimin kim olduğu və kimin nə istədiyini mümkün qədər şəffaflığı ilə bilinməsi gələcəkdəki xətları vəya başqa güclər əlində alət olmanı önlüyə bilər. Sayın Araz bəy Qaradağ-ın bəlli bir hadisələrdən nigaran olması yazısından anlaşılmaqdadır. Ancaq bildiyi həqiqətlər o qədər örtük altında izah edilmişdir ki, milli hərəkatımızın gedişatından az-çox xəbəri olanlar belə nəyin nə olduğunu sezməkdə çətinlik çəkməkdədir. Şübhə yoxdur ki, belə tənqidi yanaşmalarda şəxs, qurup və ya təşkilatların adının çəkilməsinin hərəkətimizə necə böyük zərbələr vurduğunu unutmamışıq. Özəlliklə suyu bulandırıb balıq tutmaq niyətində olan düşmənin görünmüyən əllərindəki qələmlər, şəxsi davaları milli hərəkata intiqal etdirənlər vəya taxma adlarla sənədsiz- sübutsuz qara yaxanların yolumuzda əngəbə yaratdığı inkar edilməzdir. Bunu yanında, dünyanın bu qarışıq durununda, çarpaşıq oyunların artdığı bir zəmanədə, böyük güclərin bölgədəki maraqları və hətta bölgə dövlətlərinin Güney Azərbaycanda millətimizin başına gətirilənlərdən xəbərsiz olduqlarına görə bilmədən fars şovinizminə alət olaraq Tehranın ağzı ilə danışdığı bir çağda, fakt və sənədlərə dayanaraq bilgilərimizi millətin huzurlarına təqdim etmək milli görəvimiz sayılmalıdır. Azərbaycan milli hərəkatının ancaq “Azərbaycan Mərkəzli Düşüncə Sistemi” daxilində fəaliyət göstərib irəliləməsini bunca vurqulamağımızn səbəbi fars şovinizminin müxtəlif qanadlarının quyruğuna yapışmaq istəyənlərin qarşısını almaq üçün söylənməkdədir. Bütün dünya dövlət və millətləri ilə diplomatik əlaqələrin qurulması ilə yanaşı, ancaq öz gücümüzə güvənərək 30 milyon Güney Azərbaycan Türkünün potansiyelindən faydalanma anlayışı, başqa dövlətlər əlində alət olmamaq üçün vurqulanmaqdadır. Dünyada gedən informasyon müharibəsində və fars şovinizminin ucsuz-bucaqsız təbliqat vasitələrinə qarşı, əlimizdə olan ancaq bir TV, nechə yerəl radyo, 5-10 sitə və E-mail qrupu ilə dayanmağın çətin olduğu aydındır. Onun üçün və bu əskikliyi ortadan qaldırmaq üçün millətimizin imkanlılarının çeşitli informasyon vasitələrinin yaranmasına fikirləşmələri vacibliyi inkar edilməzdir. Çeşitli qaynaqların millətimizə çatdıracağı etkin məlumatlar onların ayılmasında, daha dəqiq fikir və siyasət dairəsində qərar vermələrinə imkan yaradacaq. Ancaq o gün gəlincə, bugün milli hərəkatımızı uçuruma aparan, gizlin anlaşmalr varsa sənədlə açıqlamaq, millətimizi aldatacaq aşkar təhrifləri məntiq usullara dayanaraq tənqid edib yol azdıranların qarşısını almaq da milli borcumuzdur. Geniş və dəqəiq məlumatı olan siyasətçilər aldanmadğı kimi, hadisələrdən xəbəri olan millət uymaz, düşmənin toruna düşməz. Böyük Rəsuloğu 05/02/2008

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar