SON XƏBƏRLƏR

Qulamrza Səbri Təbrizi “Səssiz haray” adlı şeir kitabı çapdan çıxdı

2021.10.20, 07:36
Qulamrza Səbri Təbrizi “Səssiz haray” adlı şeir kitabı çapdan çıxdı

Gunaz.tv
Qulamrza Səbri Təbrizi “Səssiz haray” adlı şeir kitabı çapdan çıxdı sesizharaykitabi_uz.jpg Böyük Britaniyanın Edinburq və Bakı Dövlət Universitetlərinin professoru, Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, şair-publisist Qulamrza Səbri Təbrizinin “Səssiz Haray” adlı kitabı bu günlərdə işıq üzü görmüşdür. Oxuculara təqdim olunan bu kitab müəllifin son illərdə qələmə aldığı, Vətənə həsr olunmuş milli və fəlsəfi şeirlər toplusudur. Kitabda “Körpə səsi”, “Bura Vətəndir”, “Nigaranam”, “Sahibsiz dahilər”, “İstiqlal bayramı” şeirləri ilə bərabər digər şeirləri insan da Vətənə məhəbbət, təmizlik, safliq hissləri aşılayır və maraq doğurur. Kitabda on sözün müəllifi Azərbaycan Milli Elimlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyevdir. Kitabı tərtib edəni, nəşrə hazırlayanı və redaktoru filologiya elmləri doktoru, professor Vaqif Sultanlıdır. Bura Vətəndir, Onunçun darıxmıram. Onunçün ürəyim rahatdır. Yuxularım qarışmır, Gözlərim yığılıb yollardan. Bura Vətəndir. Nə xoşdur Vətəndə yaşanmaq O keçilməz həsrət dağını aşmaq, Ayrılıqla vidalaşmaq!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar