SON XƏBƏRLƏR

BRİTİSH COUNCİL İRANDA FƏALİYYƏTİNİ DAYANDIRDI

2021.10.20, 07:36
BRİTİSH COUNCİL İRANDA FƏALİYYƏTİNİ DAYANDIRDI

Gunaz.tv
BRİTİSH COUNCİL İRANDA FƏALİYYƏTİNİ DAYANDIRDI Fevralın 5-də Böyük Britaniyanın Tehran səfirliyinin mədəniyyət bölməsi sayılan Britaniya Şurası (British Council) bəyanat yayaraq fəaliyyətini dayandırdığını bildirib. «Media forum» saytının məlumatına görə, fəaliyyətin dayandırılması bu mərkəzdə işləyən iranlıların hökumət qurumlarından təhdid olunması ilə əlaqələndirilir: «Bu mərkəzdə işləyən 16 İran vətəndaşına deyiblər ki, işdən çıxmalısınız». Böyük Britaniyanın Tehran səfirliyinin sözçüsü Mitra Behnam Müctəhid də jurnalistlərə açıqlamasında mərkəzin fəaliyyətinin dayandırılmasını rəsmilərin təzyiqi ilə bağlayıb: «Təəssüflər ki, İran rəsmilərinin tədbirləri nəticəsində səfirliyin mədəniyyət qanadı sayılan Britaniya Şurası fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldı. Lakin biz İranla Böyük Britaniya xalqları arasında mədəni əlaqələri genişləndirmək barədə öhdəlik götürmüşük. Məhz buna görə də mərkəzin fəaliyyətinin yaxın gələcəkdə bərpa olunacağına ümid bəsləyirik». Britaniya Şurasının mədəniyyət sahəsində fəaliyyət istiqamətlərdən birinin ingilis dilinin tədrisi olduğu vurğulanır. İndiyəcən 13 min iranlının bu mərkəzdə dil öyrəndiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar