SON XƏBƏRLƏR

Kolumbiyada nəhəng ilanın qalıqları tapıldı – FOTO

2021.10.20, 07:36
Kolumbiyada nəhəng ilanın qalıqları tapıldı – FOTO

Gunaz.tv
Kolumbiyada nəhəng ilanın qalıqları tapıldı – FOTO Dünyanın ən böyük ilanı inəyi bir dəfəyə uda bilirmiş ilan-en-boyuk.jpg Kolumbiyada ərazisində indiyə kimi bizim planetdə yaşamış ən böyük ilanın daşlaşmış qalıqları tapılıb. Lent.az-ın “Nature” jurnalına istinadən verdiyi məlumata görə, “Titanoboa cerrejonensis”in qalıqları dünyanın ən böyük kömür mədənlərindən sayılan Serrexonda tapılıb. “Titanoboa cerrejonensis”in uzunluğu 13 metrə çatırmış və onun çəkisi 1 tondan yuxarı olub. İlan Kolumbiyanın şimal-şərqindəki meşələrdə 58-60 milyon il əvvəl yaşayıb. Qeyd edək ki, hazırda dünyanın ən ağır ilanı olan yaşıl anakondanın çəkisi “cəmi” 250 kiloqrama çatır. Ən uzun ilan sayılan torşəkilli pitonun nadir nüsxələri isə 10 metrə qədər olur. Toronto universitetinin alimləri müasir ilanların onurğa sütununun və digər bədən formalarının ölçülərinin nisbəti əsasında “Titanoboa cerrejonensis” fiziki göstəricilərini hesablayıblar. İndiana universitetinin professoru Devid Poli hesab edir ki, “Titanoboa cerrejonensis” vaxtının çoxunu suda keçirib, timsahlar və balıqlarla qidalanıb. Nəhəng ilan müasir inək boyda ovu bir dəfəyə uda bilirmiş. İlanın qalıqları alimlərə 58-60 milyon il əvvəl Cənubi Amerika tropiklərində orta hərarəti ölçməyə imkan verib. O zaman havanın hərarəti 30-34 dərəcə olub. Hazırda isə Kartaxen rayonunda orta hərarət 28 dərəcədir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar