SON XƏBƏRLƏR

Amerika bazası məsələsi gələn həftəyə qaldı

2021.10.20, 07:36
Amerika bazası məsələsi gələn həftəyə qaldı

Gunaz.tv
Amerika bazası məsələsi gələn həftəyə qaldı 20090204003659us_base_manas_203.jpg Manas hərbi hava bazası Manas hərbi hava bazasının bağlanmasına dair Qırğızıstan parlamentində səsvermə gələn həftəyə qədər təxirə salınıb. Bu arada Amerika rəsmiləri Qırğızıstan ərazisində Amerika hərbi hava bazasının bağlanmasına dair qərarla bağlı Qırğızıstan hökümətilə danışıqların aparıldığını deyiblər. Bu baza Əfqanıstanda hərbi əməliyyatlara dəstək məqsədilə istifadə edilirdi. Bu həftənin əvvəlində Qırğızıstan prezidenti Kurmanbek Bakiyev demişdi ki, Manas hərbi bazasının bağlanması barədə qərar geri götürlüməyəcək. Qırğızıstanın Baş naziri İqor Çudinov Amerikanın Əfqanıstanda tətbiq etdiyi metodlardan narazılığını bildirb və əlavə edib ki, bu bazanın istifadəsinə görə Qırğızıstana kifayət qədər pul ödənilmirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar