SON XƏBƏRLƏR

İçərişəhər YUNESKO-nun təhlükədə olan dünya irs abidələri siyahısından çıxarılacaq

2021.10.20, 07:36
İçərişəhər YUNESKO-nun təhlükədə olan dünya irs abidələri siyahısından çıxarılacaq

Gunaz.tv
İçərişəhər YUNESKO-nun təhlükədə olan dünya irs abidələri siyahısından çıxarılacaq 2009-02-06_10484.jpg Yaxın vaxtlarda İçərişəhər YUNESKO-nun təhlükədə olan dünya irs abidələri siyahısından çıxarılacaq. Monitorinq aparan qurumun ekspertlərinin qənaətinə görə, İcərişəhərdə aparılan sistemli abadlıq işləri bunu təsdiqləyir. Tarixi abidələrin mühafizəsi problemi dünyanın bir çox ölkələri üçün aktualdır. İçərişəhərin “Master Planı”nı hazırlayan işçi qrupunun rəhbəri Karlo çezari deyiи ki, dünyanın ən qədim memarlıq abidəsi olduğu üçün İçərişəhərin də mühafizəsi həm Azərbaycan, həm də YUNESKO üçün çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın İçərişəhərin abadlaşdırılmasına xüsusi diqqət göstərmələri isə bu qədim şəhərin taleyində müsbət dəyişikliklərə təkan verib. ümumbəşəri sərvət olan İçərişəhərdə sistemli bərpa işlərinə başlanılıb. Bu da ona imkan verəcək ki, İçərişəhər yaxın vaxtlarda YUNESKO-nun təhlükədə olan dünya irs abidələri siyahısından çıxarılsın. Elə İçərişəhərdə monitorinqini başa vuran YUNESKO-nun ekspertləri də bu fikirdədir. Karlo çezarı bildirmib ki, ekspert qrupu yaxın günlərdə monitorinqin nəticələrini quruma təqdim edəcəkdir. O qeyd edib ki, YUNESKO-nun nümayəndələri buraya 2000-ci ildə baş verən zəlzələdən bir az sonra gəlmişdilər. O vaxt binaların bəzilərində çatlar əmələ gəlmişdi. Buna görə də burada bəzi işlər aparıldı. İndi isə o illərlə müqayisədə çox müsbət dəyişikliklər vardır. Artıq burada işlər sistemli və nəzarətli aparılır. Bunu monitorinqi aparan ekspertlər də söyləyirlər. Əvvəllər də YUNESKO-nun dağılmaqda olan tarixi abidələrlə bağlı siyahısında yer alan bəzi dünya abidələrinin hazırda bu siyahıdan çıxarıldığını vurğulayan Karlo çezari deyib ki, yaxın günlərdə qurum İçərişəhər haqqında da müsbət qərarını verəcək. Mütəxəssis onu da diqqətə çatdırıb ki, YUNESKO-nun monitorinq aparan ekspertləri yeni hazırlanan “Master Plan”la da tanış olaraq müsbət rəy veriblər. “Master Plan”ın hazır olması da YUNESKO-nun qərarında önəmli rol oynayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar