SON XƏBƏRLƏR

Rusiyada Qırğızıstanın hava bazasını bağlamasını necə yozurlar?

2021.10.20, 07:36
Rusiyada Qırğızıstanın hava bazasını bağlamasını necə yozurlar?

Gunaz.tv
Rusiyada Qırğızıstanın hava bazasını bağlamasını necə yozurlar? 20090205103447manasnet.jpg Bir çox siyasi ekspertlər Qırğızıstanda Amerikalıların Manas hərbi hava bazasının bağlanması qərarının Moskvanın Bişkekə 2 milyard dollarlıq yardımı ilə birbaşa bağlayırlar. Onların bəsit açımına görə ruslar bu hərbi bazanı 2 milyard doların müqabilində Amerikalıların əlindən alırlar. Lakin bir sıra analitiklər, ələlxüsus da Rusiyada məsələnin bu cür qoyuluşu ilə razılaşmırlar. Rusiyalı ekspert Moskvadakı Post Sovet Tədqiqatları İnstitutunun əməkdaşı Andrey Qrozin BBC-yə bunları deyib. "Mən inanmıram ki, Rusiya Qırğızıstanın bazanı bağlamaq kimi birmənalı olmayan addımı üçün bu böyüklüyündə məbləği ödəməyə hazır olsun. Bu çox baha qiymət olardı. Düşünürəm ki, bu pullar Qırğızıstanda energetika sisteminə gözlənilən yatırımlar məqsədilə ödənəcək. Bir də məqsəd Qırğızıstanda mümkün sosial rahatsızlığın qarşısının alınması ola bilər. Baza məsələsinə gəlincə, bu məncə cənab Bakıyevin özünün boğaza yığılması ilə bağlıdır. Amerikalılar çox uzun müddətdir kİ, onu iqtisadi problemlərin həlli barədə vədlərlə doyurublar. Bu baza üçün ödənən 67 milyon dollar isə hətta Qırğızıstan kimi yoxsul balaca dağ ölkəsi üçün də azdır." Ekspert qeyd edir ki, Qırğızıstanda və bundan əvvəl Özbəkistanda Amerika hərbi bazalarının bağlanması fərqli səbəblərlə bağlıdır. Ümumi nəticə isə budur ki, amerikalılar Mərkəzi Asiyadan gedirlər. Özbəkistandakı Xanabad bazasının bağlanması Amerikanın və Qərbin Əndican hadisələrinə sərt reaksiyasından doğdu. İslam Karimov bu tənqidləri qəbul edə bilməzdi. Əgər etsəydi, onda bunun ardınca hadisələrin beynəlxalq təhqiqatına da icazə verməli idi. Bunu isə edə bilməzdi. Diktatorlar üçün belə təhqiqatlar Yuqoslaviyadakı kimi qurtarır. Rusiyalı ekspert hesab edir ki, Manas bazasının bağlanması Mərkəzi Asiya uğrunda geosiyasi oyunun başa çatması demək deyildir. Onun sözlərinə görə istər Qərb, istər Çin və İran, istərsə də Rusiya bu bölgənin enerji ehtiyatları uğrunda rəqabətlərini davam etdirəcəklər. Bu rəqabətə cürbəcür ad qoyula bilər. Məsələn beynəlxalq terrorla mübarizə, narkotik maddələrin yayılması ilə mübarizə və sair. Lakin Mərkəzi Asiyada rəqabət aparanların hamısı öz dar milli maraqlarından çıxış edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar