SON XƏBƏRLƏR

Obamadan Rusiyaya super təklif

2021.10.20, 07:36
Obamadan Rusiyaya super təklif

Gunaz.tv
Obamadan Rusiyaya super təklif gdtlbi9z.gif ABŞ prezidenti nüvə başlıqlarının 80 faiz ixtisar olunmasını istəyir ABŞ prezidenti Barak Obama silahların azaldılması ilə bağlı Rusiyaya presedenti olmayan təklif etməyə hazırlaşır. Lent.az-ın “The Times”ə istinadən verdiyi məlumata görə, hər iki tərəf nüvə arsenalını 80 faiz azaltmalıdır. Nüvə başlıqları isə həm ABŞ, həm də Rusiyada minə qədər azalmalıdır. Qəzet yazır ki, danışıqları Qeri Seymurun başçılıq etdiyi xüsusi komitə aparacaq. Qeri Seymur Bil Klinton hökumətində nüvə silahının yayılmaması məsələləri ilə məşğul olub. Danışıqlara nəzarəti isə ABŞ dövlət katibi Hillari Klinton şəxsən həyata keçirəcək. Gözlənildiyinə görə, nüvə arsenalının azaldılması ilə bağlı danışıqlara hazırlıq mərhələsində əsas məqam Avropada Amerikanın RƏM sisteminin yerləşdirilməsi ilə bağlı Buş administrasiyasının əvvəlki qərarının ləğvi olacaq. Güman edildiyinə görə, ABŞ və Rusiya nüvə arsenalının azaldılması ilə bağlı razılaşmaya gəlsələr, bu qərar 160 nüvə başlığına malik Böyük Britaniya, eləcə də digər nüvə dövlətlərinə də toxunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar