SON XƏBƏRLƏR

ƏRƏBLƏR ƏRDOĞANA DİRSƏK GÖSTƏRDİ

2021.10.20, 07:36
ƏRƏBLƏR ƏRDOĞANA DİRSƏK GÖSTƏRDİ

Gunaz.tv
ƏRƏBLƏR ƏRDOĞANA DİRSƏK GÖSTƏRDİ article_1233834174.gif "Ərəb olmayanlar işimizə qarışmasın" Amerikaya yaxınlığı ilə seçilən bir qrup ərəb ölkələrinin xarici işlər nazirləri bir araya gələrək, önəmli açıqlamalar veriblər. Qaynar.info-nun verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏM) ev sahibliyi ilə təşkil olunantoplantıda Qəzza problemləri və onun ətrafında cərəyan edən siyasi hadisələr müzakirə edilib. Abu-Dabidə bir araya gələn Ərəb ölkələri xarici işlər nazirlərinin Türkiyə və İranı nəzərdə tutaraq verdikləri bəyanat ən diqqətçəkən məqamlardan olub: "Ərəb olmayanlar bizim işimizə qarışmasınlar. Xüsusi ilə ərəb ölkələrində baş verənlərə belə aqressiv, dağıdıcı şəkildə qarışmalarından narahatıq". Toplantıda Misirin vasitəçilik səylərinə dəstək, "Həmas"a "İrandan uzaq dur!" mesajı verilib. Toplantıda Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, İordaniya, Fas, Tunis, Yəmən və Fələstin xarici işlər nazirləri iştirak edib. Suriya və Qətər isə toplantıya qatılmayıb. // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar