SON XƏBƏRLƏR

ABŞ Qırğızıstandakı bazasının taleyini Rusiya ilə müzakirə edəcək

2021.10.20, 07:36
ABŞ Qırğızıstandakı bazasının taleyini Rusiya ilə müzakirə edəcək

Gunaz.tv
ABŞ Qırğızıstandakı bazasının taleyini Rusiya ilə müzakirə edəcək ABŞ Qırğızıstandakı “Manas” aviabazasının taleyini Rusiya ilə müzakirə edəcək. APA-nın məlumatına görə, bunu “Amerikanın səsi” radiosuna açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud deyib. O, danışıqların konkret vaxtını hələlik bilmədiyini söyləyib: “Danışıqlar yəqin ki, Rusiya ilə aparılacaq. Vaxtını bilmirəm, amma aydındır ki, bu məsələ Rusiya ilə müzakirə olunmalıdır”. R. Vud Qırğızıstan rəhbərliyi ilə müzakirələrə də davam etdiklərini vurğulayıb. Xatırladaq ki, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev fevralın 3-də Rusiyaya rəsmi səfəri zamanı ölkədəki ABŞ aviabazasını bağlamaq qərarına gəldiklərini açıqlayıb. Bu qərar Rusiyanın Qırğızıstana 2 milyard dollar kredit və 150 milyon dolla əvəzsiz yardım ayırması ilə üst-üstə düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar