SON XƏBƏRLƏR

Ermənilərin türklərdən üzr istəmə mətni icazəsiz istifadə edilib

2021.10.20, 07:36
Ermənilərin türklərdən üzr istəmə mətni icazəsiz istifadə edilib

Gunaz.tv
Ermənilərin türklərdən üzr istəmə mətni icazəsiz istifadə edilib papaziyanerməni Erməni ziyalıların türklərdən üzr istəmə kampaniyasında, erməni Prof. Dennis Papazianın hazırladığı mətnin başqaları tərəfindən icazəsiz istifadə edildiyini söylədi. Papazian kampaniyanın məqsədinə çatacağına da şübhə edir. Türkiyənin NTV kanalına danışan türk ziyalılara görə isə kampaniya ümidvericidir. Qaynar.info-nun verdiyi xəbərə görə, daha öncə "Radikal" qəzetinə müsahibə verən Avstraliyanın Sidney şəhərindəki Macquarie Universitetinin müəllim Doktor Armen Gakavian, 15 dekabrda Türkiyədəki bir qrup ziyalının başlatdığı "üzr istəyirəm" kampaniyasına bənzər bir kampaniya başlatdığını açıqladı. Kampaniya, ermənilərin keçmişdə törətdiklərinə görə üzr istəməsindən ibarətdir. Gakavian, kampaniya mətnini erməni mənşəli amerikalı alim Dennis Papazianın daha əvvəl bu mövzuda yazdığı məqaləni əsas götürərək hazırladığını açıqladı. Türkiyənin NTV kanalına müsahibə verən Papazian isə, kampaniyadan xəbərsiz olduğunu və yazdığı məqalənin də icazəsiz istifadə edildiyini açıqladı. Ancaq Papazian, yenə də Armen Gakavianın cəhdinin xoş niyyətli olduğunun vurğuladı. Amma Papazian bu kampaniyanın məqsədinə çataçağına inanmır: "Belə bir kampaniyanın türk-erməni dialoqunda iştirak edəcəyinə çox inanmıram. Məncə insanlar o problemdən nə anladıqlarını söyləməlidirlər. İnsanlar bunu müzakirə etməlidirlər. Məncə bunun dialoqa təsiri olmayacaq. Erməni diasporu içində hər vaxt fərqli səslər var. Məncə türk mediası Diasporanı vahid bir səs kimi göstərir. Amma bizim fərqli düşüncələrimiz, fərqli şərhlərimiz var. Hər kəs söyləmək istədiyini söyləyir. Diasporu təmsil edən tək bir səs yoxdur. Məqaləyə gəldikdə isə Armen Gakavian məndən xəbərsiz, mənim hazırladığım məqalədən istifadə edib... Bu yolverilməzdir" Türkiyə mətbuatı Amerikada yaşayan daha bir erməninin xalq diplomatiyasıyla bağlı yazısına yer ayırıb. Haçik Muratyan adlı müəllif yazır ki, futbol diplomatiyası kimi cəhdlər yaxşıdır, amma gerçək olaraq xalqlararası ciddi münasibət yaratmaq lazımdır: "Bu işi sürətləndirmək lazımdır. Türkiyə ilə gediş-gəliş qurub, bunu sürətləndirməliyik. Sərhədləri də tam açmaq lazımdır ki, fərqli bir münasibət yaransın"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar