SON XƏBƏRLƏR

RƏSMİ BAKI RUSİYANIN YENİ HƏRBİ BLOKUNA MÜNASİBƏT BİLDİRDİ

2021.10.20, 07:36
RƏSMİ BAKI RUSİYANIN YENİ HƏRBİ BLOKUNA MÜNASİBƏT BİLDİRDİ

Gunaz.tv
RƏSMİ BAKI RUSİYANIN YENİ HƏRBİ BLOKUNA MÜNASİBƏT BİLDİRDİ noruzməmmədov Rusiya: "KTMT hərbi qüvvələrinin yaradılması Azərbaycana qarşı yönəlməyib" "Kollektiv Təhlükəsizlik haqda Müqavilə Təşkilatının (KTMT) sürətli reaksiya qüvvələrinin yaradılması Azərbaycanın maraqlarına qarşı yönəlməyib", - bunu telefonla Brüsseldən Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin bildirib. "Azərbaycan həmişə bizim ən yaxın tərəfdaşımız kimi nəzərdə olub və bizim maraqlarımız bir-birinə çox yaxından bağlıdır. Rusiya heç vaxt Azərbaycanın maraqlarına qarşı addım atmayacaq. Ona görə də, KTMT-nin hərbi qüvvələrinin artırılması, təbii ki, Azərbaycanın zəiflədilməsi və ya ona problem yaradılmasına yönəldilməyib", - diplomat qeyd edib. Roqozinin sözlərinə görə, burada söhbət real düşmən - Əfqanıstan ərazisi və Pakistanla həmsərhəd zonalarda məskunlaşan ekstremist qruplardan gedir. "Biz heç vaxt Azərbaycanı Rusiya və ya KTMT ittifaqçıları tərəfindən hansısa hərbi əməliyyat hədəfi kimi nəzərdən keçirməmişik", - daimi nümayəndə bildirib. Roqozinin fikrincə, KTMT açıq qapılar siyasətini həyata keçirən bir təşkilatdır və Azərbaycan hansısa virtual da olsa, təhlükə duyacağı halda KTMT ilə bir təşkilat kimi danışıqlara gedə və onun təhlükəsizliyinin təmin olunması üçün hansısa müqavilələr imzalaya bilər. "Mən Azərbaycanın Rusiya tərəfindən xüsusi sakitlik, sabit nəfəs və yardım əli hiss etməsi üçün əlimdən gələni edəcəyəm", - Roqozin əlavə edib. Rəsmi Bakı isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin vahid hərbi kontingentinin yaradılmasının Azərbaycanın təhlükəsizliyinə təsir etməyəcəyini bəyan edib. "Düşünürəm ki, hakimiyyət tərəfindən həyata kecirilən daxili və xarici siyasət kursu Azərbaycanın həm stabilliyini, həm də müstəqilliyini və təhlükəsizliyini təmin edir. Bununla da daha yaxşı, güclü və strateji baxımdan perspektivi təmin edir", - bunu KTMT-yə üzv olan dövlətlərin vahid hərbi kontingentinin yaradılmasına münasibət bildirərkən Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Məmmədov deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər neçə illərdir ki, təşkilat cərçivəsində fəaliyyət göstərirlər. "Hər bir dövlət öz müstəqilliyini və təhlükəsizliyini müxtəlif faktorlarla qorumaq ücün calışır. İndi bu dövlətlərin qarşılıqlı maraqları bu təşkilatda üst-üstə düşür. Həmin dövlətlər öz təhlükəsizliklərini bu cərçivədə daha mümkün görürlər və məqsədəuyğun sayırlar", - Məmmədov əlavə edib. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar