SON XƏBƏRLƏR

AMERİKA İRANIN PEYKİNİ ARAŞDIRIR

2021.10.20, 07:36
AMERİKA İRANIN PEYKİNİ ARAŞDIRIR

Gunaz.tv
AMERİKA İRANIN PEYKİNİ ARAŞDIRIR 27 kiloqramlıq kosmik aparat Qərbdə narahatlıq yaradıb 24.jpg Xəbər verildiyi kimi, İran özünün istehsal etdiyi ilk peyki orbitə çıxarıb. İranın kosmosa uğurla peyk buraxacağına dair verdiyi bəyanatlara əvvəllər tərəddüdlə yanaşılırdı. Bu baxımdan İranın kosmosa buraxdığı 27 kiloqramlıq kosmik aparatın ölkənin raket proqramları baxımından nə dərəcədə uğurlu olacağı bilinmir. BBC eksperti Conatan Markus hesab edir ki, hazırkı mərhələdə İranın iddialarına ehtiyatla yanaşmaq lazımdır. “Maraqlıdır ki, ötən noyabrda iranlılar kosmosa raket buraxdılar və bunu İranın kosmosa bir güc kimi daxil olması şəklində təqdim etdilər. Qərb ekspertləri inanır ki, bu, yalnız suborbitə qədər gedən bir raketdir və ondan daha yuxarı qalxa bilmir. Fikrimcə, onların kiçik raketi orbitə tez bir zamanda buraxmaqla uğur qazanıb-qazanmadıqları tezliklə aydın olacaq. ABŞ-da və digər ölkələrdə bu sahə üzrə ekspertlər bir neçə gün əzində iranlıların kosmosa raket buraxmasının uğurlu olub-olmadığını deyə biləcəklər”. İran rəhbərliyi israrla bəyan edib ki, kosmosa buraxılan peyk ancaq dinc məqsədlər üçün nəzərdə tutulub. Lakin Qərbdə bu hadisə narahatlıqla izlənilir. Bir gün əvvəl ABŞ və Britaniyanın xarici siyasət idarələrinin rəhbərləri İranın ballistik raket proqramlarını inkişaf etdirməsindən narahatlıq ifadə edərək deyiblər ki, bu siyasət Tehrana uğur gətirməyəcək. Bəs bu raket texnologiyası ikili məqsədlə, yəni hərbi məqsədlər üçün istifadə oluna bilərmi? Ekspertə görə, şanslar böyükdür. Çünki peyki orbitə buraxan elementar cihazla, inkişaf etdirilmiş, qitələrarası ballistik raket arasında çox az fərq var: “Supergüclərin İkinci Dünya müharibəsindən sonrakı raket proqramlarına baxsanız, görərsiniz ki, həm rusların, həm də amerikalıların raket buraxan cihazlar üçün istifadə etdiyi texnologiyalar uzunmənzilli ballistik raketlər üçün də istifadə oluna bilirdi.Yəni indi Qərb yalnız İranın nüvə silahı ambisiyalarına deyil, onun müasir peyk proqramının olmasına da inanır”. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar