SON XƏBƏRLƏR

FEVRAL AYI «XOCALI AYI» ELAN OLUNDU

2021.10.20, 07:36
FEVRAL AYI «XOCALI AYI» ELAN OLUNDU

Gunaz.tv
FEVRAL AYI «XOCALI AYI» ELAN OLUNDU xocakı2 Millət vəkilləri və ictimaiyyət nümayəndələri GLUT-un aksiyasına dəstək verdilər «Gənc Liderlər» Uşaq Təşkilatının(GLUT) təşəbbüsü ilə Atatürk Mərkəzində 26 fevral Xocalı qətliamına həsr olunmuş «Xocalı faciəsi-gələcəyimizə qarşı qəsd» mövzusunda dəyirmi masa keçirildi. Qaynar.info-nun verdiyi xəbərə görə, toplantını giriş sözü ilə açan «Gənc Liderlər» Uşaq Təşkilatının sədri Fərid Şahbazlı Xocalı faciəsinin dünya tarixində ən çox uşaq öülümü ilə müşahidə olunan soyqrımlardan biri olduğunu qeyd edərək, təşkilatın feral ayını Xocalı ayı elan etdiyini vurğuladı. GLUT sədri Xocalı faicəsi zamanı 100-dən artıq azərbaycanlı uşağın öldürüldüyünü, ağır işgəncələrə məruz qaldığını bildirdi. F.Şahbazlı aylıq çərçivəsində Bakının 10-a yaxın məktəbində dəyirmi masaların, beynəlxalq təşkilatlara «e-mail hücumlar»ın təşkil ediləcəyini, ölkəmizdəki diplomatik korpuslara faciə ilə bağlı məlumatların göndəriləcəyini dedi. Fərid Şahbazlı eyni zamanda, Xocalı ayı çərçivəsində «Gənc Liderlər» Uşaq Təşkilatının ölkəninin regionlarına səfərlər edəcəyini və şagirdlər arasında maarifləndirici tədbirlər reallaşdırılacağını vurğuladı. Tədbirdə çıxış edən Millət vəkili Qənirə Paşayeva Xocalı faciəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərdən danışaraq, onların məqsədinin daim Azərbaycanın gələcəyini məhv etmək olduğunu qeyd etdi. Deputat soyqrım zamanı 63-dən artıq azərbaycanlı uşağın qətlə yetirilməsinin ermənilərin hücumlarının təsadüf olmadığına işarə olduğunu bildirdi. Q.Paşayeva uşaqlara müraciət edərək, Qarabağ həqiqətlərinin, Xocalı gerçəkliklərinin dünyaya çatdırılması üçün onların maksimum fəallıq göstərməli olduğunu dedi. Daha sonra çıxış edən Millət vəkili Nazim Məmmədov uşaqların buk imi tarixi günləri unutmayıb, daim diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdi. N.Məmmədov ermənilərin özünə «qəhrəman» saydığı Robert Köçəryan və digərlərinin əlinin azəri uşaqlarının qanına batdığını diqqətə çatdırdı. Daha sonra çıxış edən QAT sədri Akif Nağı uşaqların daha çox maarifləndirilməsinə ehtiyac olduğunu deyərək, mətbuatın bu işdə fəallıq göstərməsinin zəruri olduğunu dedilər. Tədbir müzakirələrlə davam etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar