SON XƏBƏRLƏR

«Nabukko» qaz kəmərilə qaz nəqlinə 2014-cü ildə başlanması nəzərdə tutulur

2021.10.20, 07:36
«Nabukko» qaz kəmərilə qaz nəqlinə 2014-cü ildə başlanması nəzərdə tutulur

Gunaz.tv
«Nabukko» qaz kəmərilə qaz nəqlinə 2014-cü ildə başlanması nəzərdə tutulur» Bu barədə «Nabukko» beynəlxalq konsorsiumunun direktoru Raynhard Mitçek bildirib 11:42 05-02-09 «Nabukko» qaz kəmərinin tikintisinə 2011-ci ildə, kəmərlə qaz nəqlinə isə 2014-cü ildə başlanması nəzərdə tutulur». Bunu Türkiyənin paytaxtı Ankarada keçirilən konfransda «Nabukko» beynəlxalq konsorsiumunun direktoru Raynhard Mitçek deyib. O, Azərbaycanın bu magistral boru xətti ilə ildə 8 milyard kubmetr qaz ixrac edəcəyini söyləyib: «Türkmənistan prezidenti də bu kəmərlə qaz ixrac edəcəklərinə söz verib. İlkin mərhələdə 8-10 milyard kubmetr qaz kifayət edər». ANS TV-nin məlumatına görə, İranın da zəngin qaz ehtiyatlarına malik olduğunu vurğulayan Raynhard Mitçek, bu ölkədən də qaz almaq istədiklərini, bunun üçün siyasi dəstəyə ehtiyac duyduqlarını bildirib: «Biz qətiyyən Rusiyanın layihədə iştirakının əleyhinə deyilik. Rusiyadan müvafiq təklif gələrsə, bunu tərəfdaşlarımızla müzakirə edərik». Qeyd edək ki, dəyəri 8 milyard dollar məbləğində qiymətləndirilən «Nabukko» layihəsi Rusiyadan yan keçməklə Xəzər dənizindən Avstriyaya qaz kəməri çəkilməsini nəzərdə tutur. «Bakı-Tiflis-Ərzurum» xəttinin davamı olacaq bu kəmərlə ildə 20-30 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar