SON XƏBƏRLƏR

Britaniya Şurası İrandakı fəaliyyətini dayandırdı

2021.10.20, 07:36
Britaniya Şurası İrandakı fəaliyyətini dayandırdı

Gunaz.tv
Britaniya Şurası İrandakı fəaliyyətini dayandırdı britaniya-shurasi.jpg Təşkilatın 16 əməkdaşı eyni anda işdən getməklə bağlı ərizə yazıb Britaniya Şurası yerli hakimiyyət orqanlarının fəaliyyətinə cavab olaraq İrandakı fəaliyyətini dayandırıb. Lent.az-ın “BBC News”ə istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın icraçı direktoru Martin Davidson bildirib. Britaniya Şurasının rəhbərliyi təşkilatın əməkdaşı olan 16 iranlının eyni gündə işdən getməklə bağlı ərizə yazmasından sonra fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Rəhbərliyin məlumatına görə, əməkdaşların çoxu 2008-ci ilin dekabrında prezident administrasiyasına “profilaktik” söhbətə çağırılandan sonra istefa ərizəsi yazıb. Şurada işləyən daha 2 iranlının isə ölkədən çıxmaq istəyən zaman pasportu müsadirə edilib. Təşkilatda işləyəcəyi güman edilən Britaniya vətəndaşlarına isə əksinə, ölkəyə girməyə icazə verilməyib. Britaniya Şurası ölkə Xarici İşlər Nazirliyinin strukturuna daxil olan təşkilatdır. Onun qarşısına mədəni-maarif fəaliyyəti ilə bağlı tapşırıq qoyulub. Lakin rəsmi Tehran Şuranın casusluq fəaliyyəti ilə məşğul olduğunu iddia edir. Xatırladaq ki, 2008-ci ildə Britaniya Şurasının Rusiya bölməsi də fəaliyyətini dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar