SON XƏBƏRLƏR

İranın nüvə proqramı ilə bağlı danışıqlar keçirilib

2021.10.20, 07:36
İranın nüvə proqramı ilə bağlı danışıqlar keçirilib

Gunaz.tv
İranın nüvə proqramı ilə bağlı danışıqlar keçirilib 190_iran_nuclear-april-21_3.jpg Dünyanın 6 qüdrətli dövlətinin diplomatları söz veriblər ki, İranın nüvə proqramı ilə bağlı çıxılmaz vəziyyətin diplomatik həlli üçün səyləri davam etdirəcəklər. Bu gün keçirilən danışıqlar Tehranın ilk peyki orbitə göndərməsindən bir gün sonraya təsadüf edir. Fransa, Almaniya, ABŞ, Çin, Rusiya və Böyük Britaniya nümayəndələri Visbaden şəhərində görüşərək İranın uranı zənginləşdirməsinin qarşısını almaq üçün diplomatik səylərini nəzərdən keçiriblər. Bugünkü toplantıdan sonra açıqlanan birgə bəyanatda nümayəndələr ABŞ-ın yeni prezidenti Barak Obamanın İranla birbaşa danışıqlar aparılması təklifini dəstəkləyib. Visbaden danışıqları Barak Obamanın səlahiyyət müddətinə başlamasından bəri qrupun ilk görüşündə baş tutub.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar