SON XƏBƏRLƏR

NUHUN GƏMİSİ PKK DÜŞƏRGƏSİNDƏ

2021.10.20, 07:36
NUHUN GƏMİSİ PKK DÜŞƏRGƏSİNDƏ

Gunaz.tv
NUHUN GƏMİSİ PKK DÜŞƏRGƏSİNDƏ Xarici ailmlər Ağrı dağının zirvəsində terror bazası aşkar ediblər 357.jpg Nuhun gəmisini axtaran bir qrup xarici elm adamı Ağrı dağının zirvəsində PKK düşərgəsi aşkar ediblər. Harada olduğuna dair yüzlərlə əfsanə dolaşan Nuhun gəmisinin izi ilə axtarışa çıxan alimlər yerli çobanlardan birinin dedikləri əsasında həmin yerə qalxıblar. Çoban deyib ki, o, bir neçə il əvvəl Nuhun gəmisini öz gözləri ilə görüb. Türkiyə saytlarında yer alan xəbərə görə, Nuhun gəmisini tapmaq üçün 25 ildir axtarışlar aparan və bu müddət ərzində 30 dəfədən çox Türkiyəyə gələn alimlər qrupu Ağrı dağının zirvələrindən birinə qalxarkən şoka düşüblər. Məlum olub ki, Nuhun gəmisinin yerləşdiyi deyilən yerdə PKK düşərgəsi var, üstəlik, Türkiyə aviasiyası bu düşərgəyə hava zərbələri endirib. Bu zərbələr nəticəsində ərazidə güclü dağıntılar meydana gəlib. Alimlər ərazidə qazıntı işləri aparmaq üçün Türkiyə Silahlı Qüvvələrinə və hökumətinə müraciət ediblər. Onlara müsbət cavab verilib. Bildirilir ki, Amerikanın Liberty Universitetinin İncil çalışmaları və arxeologiya mütəxəssisi Randal Praysla keçmiş hava qüvvələri pilotu Riçard Braytın başçılıq etdiyi qrup qazıntı işlərinə bu ilin yaz aylarında başlayacaq. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar