SON XƏBƏRLƏR

TƏBRİZ UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ HÖKUMƏT TƏZYİQLƏRİNƏ QARŞI BƏYANAT YAYIB

2021.10.20, 07:36
TƏBRİZ UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ HÖKUMƏT TƏZYİQLƏRİNƏ QARŞI BƏYANAT YAYIB

Gunaz.tv
TƏBRİZ UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ HÖKUMƏT TƏZYİQLƏRİNƏ QARŞI BƏYANAT YAYIB Təbriz Universitetinin bir qrup tələbəsi Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan tələbələrə qarşı təzyiqlərə etiraz bəyanatı qəbul edib. «Media forum» saytının məlumatına görə, bəyanatda deyilir ki, fəallara qarşı təzyiqlər gündən-günə artır: «İran inqilabının 30-cu ildönümü və Beynəlxalq Ana Dili Günü ərəfəsində hökumətin ölkədə insan hüquqlarına riayət edilməsi istiqamətində apardığı təbliğata baxmayaraq kütləvi həbslər davam edir, Azərbaycan fəallarına təzyiqlər gündən-günə güclənir». Hökumətin Azərbaycan fəallarına qarşı zorakılığının nəticə verməyəcəyi də vurğulanır: «Biz Təbriz Universitetinin tələbələri olaraq Azəraycan milli kimliyi uğrunda dinc mübarizə aparan tələbələrə qarşı həyata keçirilən kütləvi həbslərə və göstərilən təzyiqlərə etiraz edir, hökumətin bu zorakılığının nəticə verməyəcəyini, yalnız məmləkəti tənəzzülə uğradacağını bildiririk».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar