SON XƏBƏRLƏR

İRANA GƏLƏN ABŞ BADMİNTONÇULARI DUBAYDAN GERİ QAYITMAĞA MƏCBUR OLDULAR

2021.10.20, 07:36
İRANA GƏLƏN ABŞ BADMİNTONÇULARI DUBAYDAN GERİ QAYITMAĞA MƏCBUR OLDULAR

Gunaz.tv
İRANA GƏLƏN ABŞ BADMİNTONÇULARI DUBAYDAN GERİ QAYITMAĞA MƏCBUR OLDULAR badminton2.jpg İran Badminton Federasiyasının dəvəti ilə fevralın 5-də başlayan beynəlxalq turnirə gəlmək istəyən ABŞ-ın qadın komandası üzvlərinə viza verilməyib. «Media forum» saytının məlumatına görə, İranın Dubaydakı (Birləşmiş Ərəb Əmirlikləri) konsulluğundan viza almağa çalışan amerikalılara yox cavabı verilib. Konsulluq səbəbləri açıqlamasa da, İran Xaici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi jurnalistlərə açıqlamasında viza verilməsi prosedurunun uzun vaxt aparmasını əsas gətirib. Viza ala bilməyən 8 idmançı və 4 məşqçidən ibarət ABŞ komandası vətənə qayıtmaq məcburiyyətində qalıb. Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Robert Vud jurnalistlərlə söhbətində İranın ABŞ badmintonçularına viza verməməsindən təəssüf hissi keçirdiyini bildirib: «Bu heç də yaxşı əlamət deyil».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar