SON XƏBƏRLƏR

iran adlanan yerdə 150 VƏKİL və HÜQUQÇU YENİYETMƏLƏRİN EDAMINA SON QOYULMASI ÜÇÜN AYƏTULLAH ŞAHRUDİYƏ MÜRACİƏT EDİB

2021.10.20, 07:36
iran adlanan yerdə 150 VƏKİL və HÜQUQÇU YENİYETMƏLƏRİN EDAMINA SON QOYULMASI ÜÇÜN AYƏTULLAH ŞAHRUDİYƏ MÜRACİƏT EDİB

Gunaz.tv
150 VƏKİL və HÜQUQÇU YENİYETMƏLƏRİN EDAMINA SON QOYULMASI ÜÇÜN AYƏTULLAH ŞAHRUDİYƏ MÜRACİƏT EDİB 150 vəkil və hüquqçu İran Məhkəmə Sisteminin rəisi ayətullah Mahmud Haşimi Şahrudiyə məktub yazaraq yeniyetmələrin edam olunmasının dayandırılmasını istəyib. «Media forum» saytının məlumatına görə, məktub müəllifləri Beynəlxalq Uşaq Hüququ Konvensiyasının 37-ci maddəsindəki müddəalara toxunaraq 18 yaşına çatmamış yeniyetmələrə qarşı edam hökmünün dayandırılmasını vacib sayıblar. Konvensiyanın 37-ci maddəsində deyilir ki, 18 yaşından əvvəl qətl və ya digər cinayətlər törətmiş yeniyetmələr ölüm və ya ömürlük həbsə məhkum edilməməlidir. Məktubda həmçinin 12 il əvvəl - 15 yaşındaykən qətl törədən Bəhmən Səlimiyan adlı bir məhbusun edam olunmasının dayandırılması tələb olunur. Hazırda qüvvədə olan hökmə görə, B.Səlimiyan fevralın 5-də İsfahanın mərkəzi zindanında dar ağacından asılmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar