SON XƏBƏRLƏR

Ağ Ev, «Pejak»ı terror təşkilatı elan etdi

2021.10.20, 07:36
Ağ Ev, «Pejak»ı terror təşkilatı elan etdi

Gunaz.tv
Ağ Ev, «Pejak»ı terror təşkilatı elan etdi 2009-02-05_10405.jpg ABŞ Maliyyə Nazirliyi Kürdüstanın azad həyat partiyasını («Pejak») terror qruplaşmalarının siyahısına daxil edib və ona qarşı maliyyə sanksiyalarının tətbiqinə başlayıb. Amerika hökumətinin məlumatına görə, İran-Türkiyə və İran-İraq sərhədlərində fəaliyyət göstərən «Pejak»a PKK separatçı təşkilatı nəzarət edir. PKK isə ABŞ-da terror təşkilatı hesab olunur. Sanksiyalar ABŞ ərazisində «Pejak»a məxsus istənilən bank hesabları və ya digər maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur. Amerika vətəndaşlarına qruplaşmaya maliyyə yardımı göstərmək və ya onunla digər işgüzar əlaqələr saxlamaq qadağan edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar